Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2022-2023-cü tədris ilinin Yaz imtahan sessiyası müvəffəqiyyətlə sona çatdı.

12.07.2023
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2022-2023-cü tədris ilinin Yaz imtahan sessiyası müvəffəqiyyətlə sona çatdı.

Belə ki, imtahan sessiyasında 34 qrupu əhatə edən 156 fəndən 182 imtahan keçirilmişdir. İmtahanlardan müvafiq balı toplaya bilməyən tələbələr isə təkrar imtahanda iştirak etmək hüququ qazanmışdır. İyul ayının 7-si və 10-da təkrar imtahanlar keçirilmişdir. 07.07.2023-cü il tarixində 101 tələbə, 10.07.2023-cü il tarixində isə 123 tələbə bu şansından istifadə etmişdir.

İmtahan sessiyasının şəffaflığını, obyektivliyini təmin etmək məqsədi ilə ADPU – nun Quba filialında İmtahan qərargahı və Apelyasiya komissiyası birlikdə fəaliyyət göstərmiş.Ümumilikdə Apellyasiyaya 87 nəfər tələbə 11 ixtisas üzrə müraciət etmiş, onlardan 22 nəfər tələbənin iddiası müsbət həll edilmiş, 65 işdə dəyişkənlik edilməmişdir.

Qeyd etmək lazımdır ki, imtahan prosesinə tələbələr 2 mövqedən yanaşırlar. Bir qrup tələbələrin fikrinə görə, imtahanların keçirilməsi onların performanslarını daha da yaxşı göstərməsinə səbəb olduğu halda, digər qrup tələbələrə görə imtahan prosesi onlarda həyəcana səbəb olur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?