Azərbaycan Gənclərinin VIII Forumu

19.11.2019
Azərbaycan Gənclərinin VIII Forumu

ADPU-nun Quba Filialının TGT-nın sədri Həcər Seyidəhmədova Azərbaycan Gənclərinin VIII Forumunda iştirak edib.

Noyabrın 16-da Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri-Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib. Forumda  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi – Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak edib.Forumda həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova da iştirak edib.

Tədbirin yekununda qətnamə və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?