Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev lektoriyasında “Gələcəyin müəllimi” məqsədli təqaüdünü qazanmış 6 tələbə ilə görüş keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev lektoriyasında “Gələcəyin müəllimi” məqsədli təqaüdünü qazanmış 6 tələbə ilə görüş keçirilib.

ADPU – nun Quba filialının direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev çıxış edərək, tələbələrimizi təbrik etdi. Təhsil həyatlarında uğurlar arzuladığını bildirdi. Tələbələrimizə böyük inamı olduğunu söylədi. Tələbələrlə söhbət zamanı onların tədris prosesi ilə bağlı fikirlərini dinlədi. Tələbələrə tədqiqat işinin aparılması barədə tövsiyələrini verdi.

Daha sonra tədbirdə çıxış edən əməkdaşlar da başda direktor dos.Y.Alıyev olmaqla həm kollektivi, həm də tələbələri təbrik edib, qazandıqları uğura görə çox sevindiklərini vurğuladılar.

Tələbə, məzun və karyera şöbəsinin müdiri H. Musayev çıxışında tələbələrin iş həyatını da öyrənməsi ilə bağlı dəyərli təkliflər irəli sürdü.

Qeyd edək ki, təqaüd qazanan 45 tələbədən 37 nəfəri ADPU – nun, 6 nəfəri isə ADPU Quba filialınındır. 2 nəfər tələbə – İsmixanova Jalə Yaşar qızı(531 bal) və Fətiyeva Təhminə Vəzir qızı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının, Sərdarova Rəna Rəşad qızı (502 bal) Coğrafiya müəllimliyi ixtisasının, Qəribova Xanım Qurban qızı (572,2 bal) və Mərdiyeva Səma Mehman qızı ( 555 bal) Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının, Həsənova İlahə Hüseyn qızı (515 bal) Tarix müəllimliyi ixtisasının tələbələridir.

Daha sonra, çıxışlar tamamlandı.

Sonda xatirə şəkli çəkdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?