Avropa Universitetlər Assosiasiyası (EUA) və Avropa Universitetləri İnformasiya Sistemləri (EUNIS) ali təhsil müəssisələri üçün məlumat təhlükəsizliyi strategiyaları ilə əlaqədar vebinar keçirəcək.
Vebinarda kiber cinayətlər, virtual mövcudluğun sürətli inkişafı və ümumi rəqəmsallaşma kontekstində təhlükəsizliyin əhəmiyyətinə toxunulacaq.
Vebinarda iştirak ödənişsizdir və vebinar başlayana qədər qeydiyyatdan link vasitəsilə keçmək mümkündür.
Qeyd edək ki, sözügedən vebinar 6 may 2021-ci il tarixində, saat 18.00-19.00-dabaş tutacaq.
Əlavə məlumat üçün events@eua.eu ünvanı ilə əlaqə saxlaya bilərsiniz.