Filialda 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb

02.06.2022
Filialda 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə 19.05.2022-ci il tarixli F-282 saylı əmrinə və qüvvədə olan digər hüquqi-normativ sənədlərə uyğun olaraq filialda 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını keçirilir. Bu məqsədlə Quba filialında təhsilin bakalavriat səviyyələrində tələbələrin semestr imtahanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, qayda, əmr və təlimatlarına, o cümlədən qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq 01.06.2022-05.07.2022-cı il tarixlərində Tədris şöbəsi tərəfindən tərtib edilmiş imtahan cədvəli üzrə ənənəvi formada təşkil edilməsi nəzərdə tutulur.
İlk imtahanlar bu gün, yəni iyun ayının 2-də keçirilib, imtahanlarda 266 nəfər tələbə iştirak edib.İmtahanların gedişini filialın direktoru dosent Yusif Alıyev də şəxsən izləyib, imtahan verən tələbələrə uğurlar arzu edib.İmtahandan əvvəl rəhbərlik tərəfindən, şəxsən filialın direktoru dos.Y.Alıyev tərəfindən verilən tapşırıq və tövsiyələrin vaxtında icra edilməsi imtahan prosesinin səmərəli təşkili üçün də zəmin yaradıb.
Qeyd edək ki, İmtahanlar müəyyən edilmiş imtahan cədvəlində qeyd olunan gün və saatlarda keçirilməsi təmin edilməsi və 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək, o cümlədən imtahanların qabaqcadan müəyyən olunmuş cədvəl üzrə vaxtında və müəyyən edilmış qaydada keçirilməsinə nəzarət etmək və imtahanların mütəşəkkilliyini təmin etmək məqsədilə aşağıdakı tərkibdə İmtahan Qərargahı yaradılıb.
Sədr:
T.f.d. Mahmudov İsmayıl Şamil – Tədris və elmi işlər üzrə direktor müavini;
Sədr müavini:
Musayev Hikmət Oqtay – İKT şöbəsinin müdir müavini;
Üzvlər:
Rzayeva Pərvanə Hacıbala – Keyfiyyətin təminatı şöbəsinin müdiri;
Musayeva Elnarə Tahir – Tədris ş. monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssisi;
Babaşova Sevinc Oqtay – Tədris şöbəsinin baş mütəxəssisi;
Mikayılova Sevinc Sübhi – Tədris şöbəsinin aparıcı mütəxəssisi;
Nurullayeva Leyla Səməd – Heydər Əliyev lektoriyasının müdiri;
Rüstəmova Səidə Oqtay – Pedaqoji fakültənin tyutoru;
Yarəmmədov Emin Vəlməmməd – Keyfiyyətin təminatı şöbəsinin aparıcı mütəxəssisi;
Daşdəmirova Mehriban Hörmət – Tədris şöbəsinin operatoru;
Cümşüdova İlhamə Şamil – Tədris şöbəsinin nəzarətçisi.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?