“ADPU Quba həyata daha təcrübəli başlamaq üçün ən mükəmməl təhsil ocağıdır.”

“ADPU Quba həyata daha təcrübəli başlamaq üçün ən mükəmməl təhsil ocağıdır.”

ADPU-nun Quba filialının Tələbə Birliklərinin tərkibində səmərəli və məqsədyönlü fəaliyyət göstərən gənc fəallarımızın tanıtımına başlayırıq, hər birinə uğurlar arzu edir, fəaliyyətlərini dəstəkləyirik.

NƏCƏFOV SƏYYAD MƏZAHİR OĞLU
– filialın Tələbə Gənclər Təşkilatının sədri, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi, ictimai fəaldır.
Nəcəfov Səyyad 25 sentyabr 2000-ci ildə Quba rayonu Çartəpə kəndində anadan olmuşdur. Aktiv, həmçinin işinə məsuliyyətlə yanaşan tələbəmiz gələcəyə böyük ümidlər bəsləyir. O, bakalavrı bitirdikdən sonra Magistr təhsili alaraq, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialında öz ixtisası üzrə fəalliyyət göstərmək istəyir.
Nəcəfov Səyyad haqqında onu demək olar ki, gələcəkdə çalışacağı bütün vəzifələrdə uğur əldə edəcəyindən əminik.Çünki gənc olaraq istər məsuliyyəti, istər gəncləri komanda ruhunda bir arada toplaya bilməsi, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməsi, TGT sədri kimi çalışdığı müddətdə sistemli və əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi bizləri sevindirir.Demək ki, gənclərimizə əsas məqsədlərimizi aşılamağı bacarmışıq.

Tələbəmizdən ADPU-nun Quba filialı haqqında təəssüratlarını soruşduqda isə belə cavablayır:
“-ADPU-nun Quba filialı mənə ən əsası yeni dostlar, daha sonra iş təcrübəsi qazandırıb. Mən burada olduqca maraqlı tələbəlik həyatı keçirir, gənc kimi özünüinkişafa nail oluram.”
Qeyd etdiyimiz kimi tələbəmiz ictimai tədbirlərə həvəsli, aktiv şəkildə yanaşır. Tələbəmizin əldə etdiyi uğurların qısa bir hissəsi ilə tanış olaq.

1. 18.10.2019-cu il. Azərbaycan Respublikasının Müstəqilliyinin 28 illiyinə həsr olunmuş YAP Quba Rayon Təşkilatının və Yurd Gənclərin İnkişafına Dəstək İB təşkil etdiyi intellektual oyunda 1-ci yerə layiq görülüb.
2.   03.11.2018 Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi intellektual oyunda iştirakına görə diplomla təltif olunub.
3. 09.11.2019. Azərbaycan Gənclər Fondu və Sağlam Gəncliyə Doğru İctimai Birliyinin birgə təşkilatçılığı ilə”Sağlam ol” Narkomaniya ilə bağlı seminarın təşkilində uğurlu iştirakına görə sertifikatla təltif edilmişdir.
4 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsində fəal iştirakına görə sertifikatla təltif olunur.
5. 26.10.2019. Təlim Azərbaycan Gənclər fondunun dəstəyi ilə “Gənclər Elmi Araşdırmaların Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Ali təhsil alan gənclərin Elmi tədqiqat bacarıqlarının artırılması” mövzusunda təşkil olunmuş təlimdə müvəffəqiyyətlə iştirak etdiyi üçün sertifikatla təltif edilmişdir.
6. 27.11.2019. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Quba Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş görkəmli şair Nəsiminin 650 illiyinə həsr olunmuş intellektual oyunda   ikinci yerə layiq görülmüşdür.
7. 16.12.2018. Azərbaycanın 15-16 Dekabr Quba – Qusar regionlarında keçirilən”1-ci Əhatələndirmə tədbirində” uğurla iştirak edərək aktiv vətəndaşlıq nümünəsi göstərib və layihələrin idarə olunması üzrə ilkin məlumata əldə etdiyinə görə sertifikatla təltif olunub.
8. ORHANWAY COACHING tərəfindən təşkil edilən təlimdə fəal iştirakına görə təltif olunub.
9. 31.12.2019. Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş tədbirdə universitetin sosial – ictimai həyatında yaxından iştirakına görə filialın direktoru dosent Yusif Alıyev tərəfindən Təşəkkürnamə ilə təltif olunur.
10. 15. 01.2020. Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 – ci il dönümü və partiya işindəki fəaliyyətinə görə FƏXRİ Fərmanla təltif olunur.
11. 30.12. 2020 Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialında İlin Tələbəsi adlı diplomla təltif olunub.
Nəcəfov Səyyad bütün bu uğurlu fəaliyyətini həm də tələbə  komandası ilə birlikdə əldə edir, sistemli şəkildə TGT daxilində klubların fəaliyyətini təşkil edir, gəncləri özünüinkişafa həvəsləndirir, tək məqsədi isə Azərbaycanın gələcəyi üçün faydalı şəxsiyyət kimi yetişməkdir.Nəcəfov Səyyad həm də Vətənini sevən, dövlətə dövlətçiliyə sədaqətli gənclərimizdəndir.
Tələbəmizə gələcək fəaliyyətində uğurlar arzu edirik ! Biz sizlərlə qürur duyuruq.

Dəyərli tələbəmizə, sevimli həmkarımıza gələcək həyatında uğur arzu edirik !

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?