Dosent Yusif Alıyev tələbələrlə onlayn görüş keçirmişdir

Dosent Yusif Alıyev tələbələrlə onlayn görüş keçirmişdir

ADPU-nun Quba filialında 2020-2021-ci tədris ilinin I semestrinin payız imtahan sessiyasına hazırlıq və keçirilmə qaydaları ilə əlaqədar 23.12.2020-ci il tarixində “Zoom” platforması üzərindən direktor dosent Yusif Alıyevin iştirakı ilə “Tarix və coğrafiya müəllimliyi” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının tələbələri ilə onlayn görüş keçirilmişdir. Görüşdə filialın Pedaqoji fakültəsinin dekan müavini Nübar Bayramova, İmtahan qərargahının sədri Sahilə Ağasiyeva, ixtisasın tyutorları Səadət Şükürova, Xəyalə Ələkbarova da iştirak etmişlər. Görüşdə direktor ilk olaraq qazanılan qələbə münasibətilə tələbələri təbrik etdi, onlara milli vətənpərvərlik ruhunda birləşərək Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməyə çağırdı. Daha sonra imtahan sessiyası ilə bağlı tələbələrin sualları cavablandırılmış, imtahanla bağlı direktor öz tövsiyə və tapşırıqlarını vermiş, qarşıdan gələn prosesdə tələbələrə uğurlar arzulamışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?