ADPU Quba filialının direktoru dosent Yusif Alıyevin Ramazan bayramı münasibətilə təbriki

12.05.2021
ADPU Quba filialının direktoru dosent Yusif Alıyevin Ramazan bayramı münasibətilə təbriki

“Əziz Azərbaycan xalqı, müsəlman bacı və qardaşlarımız,  doğma kollektivim!

       Xalqımızın bütün inanclı əhalisinə Qələbə ətirli ilk Ramazan münasibətilə xoş bayramlar arzulayıram.
Bu il, ötən ilki Ramazanlardan fərqli olaraq hər il etdiyimiz dualarımız qəbul oldu, torpaqlarımız işğaldan azad edildi, doğma Şuşamızda Azan səsləndirildi. Sabah ilk Bayram namazının da saat 9:00-da Şuşa Məscidində qılınacağı müjdəsini aldıq.Bütün bunlar bizlərin, bütün azərbaycanlıların bayram sevincinə yeni sevinc qatdı.
Qürurlu, sevincli bir bayramı qarşılayırıq. Həm də bizlərə Qələbə, Zəfər sevincini yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə, Şəhidlərimizin əmanətlərinə bir ömür borclu olduğumuzu da unutmuruq.

  Azərbaycanın multikultural və tolerant ölkədir,  ölkədə bütün dini bayramlara hörmətlə yanaşılır,  onların yüksək səviyyədə təşkilinə şərait yaradılır. Ramazan da bütün müsəlmanların müqəddəs bayramıdır.
Torpaqlarımızın işğaldan azad edilməsi, Şuşa torpaqlarının uzun illər sonra nəhayət ki, Azana qulaq şahidliyi etməsi bu ilki bayramı daha əziz, daha əlamətdar edir.

Bu bayramın əsas qayəsində nəfsi tərbiyə etmək, insanların halına şərik olmaq, mənəvi arınma durur. Hər kəsi bu Ramazanda vətən uğrunda canından keçmiş Şəhid ailələrini ziyarət etməyə, bu yolla mənəvi borcumuzu qismən ödəməyə çalışmağa, onlara dövlət qayğısından əlavə də istək, hörmət, diqqət nümayiş etdirməyə çağırıram.

Azərbaycanımızın daim firavan, abad olması, müstəqilliyini daim qorunmasını arzu edirəm.Tanrı millətimizi, ordumuzu, Vətənimizi,  Ali Baş Komandanımızı qorusun!

Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında da yadda qalan bayramlar yaşanır.Hər bir əməkdaşımızın sosial rifah halı düşünülür, bu istiqamətdə addımlar atılır, yeni layihələr icra olunur, maddi texniki bazanın yenilənməsi diqqətdə saxlanılır.Maaşların artırılması, filialda Reytinq qiymətləndirilməsinin tətbiq edilməsi, bayram münasibətilə əməkhaqlarına mükafatların əlavə edilməsi bu istiqamətdə atılan vacib addımlardandır ki, bu da bizlərin Cənab İlham Əliyevin də dediyi kimi xalqın yanında, vətəndaşın yanında olan məmur kimi, komanda şəklində addımlar atmağımızdan irəli gəlir. Kollektivimizin üzvlərinin, dəyərli və çox əziz tələbə ordumuzun timsalında hər kəsə xoş, ruzili Ramazanlar diləyirəm.
Allah tutduğunuz orucları, etdiyiniz ibatədləri qəbul etsin.
Ramazan bayramınız mübarək!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?