ADPU QUBA filialının əməkdaşları “TEXNOFEST”də iştirak ediblər.

ADPU Quba filialının iki əməkdaşı Sosial və humanitar məsələlər üzrə direktror müavini Aysel Şeydayeva və İKT şöbəsinin müdiri Yusif Abayev “TEXNOFEST” AEROKOSMİK VƏ TEXNOLOGİYA FESTİVALINDA iştirak edib. “TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest Azərbaycan” tədbiri 2022-ci ilin 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilir. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. “Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunur.
Filial əməkşaları Türkiyənin festivalda təmsil olunan HASAN KALYYONCU ÜNVERSİTESİ, TÜRKİYE SCHOLARSHİPS BURSLARI, SELÇUK UNİVERSİTESİ, İSTANBUL MEDİPOL ÜNVERSİTESİ VƏ BOĞAZİÇİ ÜNVERSİTET nümayəndələri ilə görüşmüş, filial haqqında ətraflı məlumat vermiş, gələcəkdə əməkdaşlığın qurulması, tələbə və müəllim mübadiləsi müzakirə olunmuşdur. Filialla tanışlıq məqsədilə Türkiyə Universitetinin əməkdaşları Quba filialına dəvət edilmişdir.
Həmçinin Azərbaycan Universitetlərini təmsil edən komandaların sərgiləri ilə tanış olmuşlar. Onların Startap layihələrinin yaxından izləmişlər VEX ROBOTİCS rəsmi distribüteri olan STEMART nümayəndələri ilə Quba filialında pedaqoji kadrların STEAM bacarıqlarının artırılması, tələbələrə Robotexnika və Kompüter elmləri üzrə əlçatan mühitin formalaşdırılması məqsədilə ROBOTİKANIN tədrisi və Proqramlaşdırma kurslarının açılması istiqamətində təkliflər olunmuşdur.
Əməkdaşlar Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həlləri, eləcə də gənclərin hazırladıqları prototipləri və STEM layihələrin və açıq səma altındakı və statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotları ilə tanış olmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.