ADPU Quba filialında Yaz imtahan sessiyası üzrə Apellyasiya komissiyasında işlər uğurla aparılmışdır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı üzrə 2021/ 2022 – ci tədris ilinin Yaz imtahan sessiyası üzrə Apellyasiya komissiyasında işlər uğurla aparılmışdır
Bakalavr təhsili üzrə 2021/2022-ci tədris ilinin Yaz imtahan sessiyasının gedişində yarana biləcək münaqişəli məsələlərin, şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədi ilə ADPU-nun Quba filialının 27.05.2022-ci il tarixli 107 nömrəli əmri ilə aşağıdakı tərkibdə Apellyasiya komissiyası yaradılmışdır.
1. b/m. Şeydayeva Aysel Balasoltan qızı- Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, sədr.
2. f.ü.r.d Süleymanov Nurbala Əzizağa oğlu – Filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi, sədr müavini
3. b.m Bağırova Mələk Tofiq qızı- Tədris şöbəsinin müdiri, üzv
4. f.ü.f.d. İdrisov Qələmşah seyidəhməd oğlu-Pedaqoji fakültənin dekanı, üzv
5. f.f.d. dos. Ağabəy Gülşən Şıxmurad qızı – Ədəbiyyat və dillər kafedrasının müdiri,üzv
6. g.f.f.d. dos. Həmzəyev Güləddin Əmri oğlu– Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri, üzv
7. t.ü.f.d. Nəsirov Elnur Güləhməd oğlu– Pedaqoji və ictimai fənlər kafedrasının müdiri,üzv
8. b.m. Abayev Yusif Qəşəm oğlu- İKT şöbəsinin müdiri, üzv
9. Əhmədov Elbrus Həmid oğlu – Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi, üzv
10.Nurullayeva Leyla – Filialın Heydər Əliyev lektoriyasının rəhbəri, koordinator
İmtahan nəticələrindən narazı tələbələrin ərizələrinə operativ baxılmasıni Apellyasiya komissiyasının üzvləri tərəfindən təmin edilmişdir.Ərizələrin qəbulu 01.06.2022 ci il tarixindən 05.07.2022 ci il tarixinə kimi həyata keçirilmişdir.Apellyasiya komissiyasının müraciətlərə baxılması göstərilən tarixlərdə həftənin 1-5-ci günləri, saat 10:00-dan 17:00-a tələbələrin müraciətinə baxılmışdır.Ümumilikdə Pedaqoji fakültə üzrə Apellyasiya komissiyasına 168 tələbə 10 ixtisas üzrə şikayət ərizəsi ilə müraciət etmiş, 168 tələbə Apellyasiya prosesində iştirak etmiş, 50 işdə Apellyasiya komissiyasının qərarı ilə bal artımi olmuş, 118 işdə heç bir dəyişiklik edilməmişdir.