ADPU-nun Quba filialında “Xalqımızın azadlıq mübarizəsinin mərhələləri” adlı seminarı

17.11.2022
ADPU-nun Quba filialında “Xalqımızın azadlıq mübarizəsinin mərhələləri” adlı seminarı
ADPU-nun Quba filialında 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının təşkilatçılığı ilə həmin kafedranın tarix müəllimləri Novruz Kərimov və Təhminə Əliyevanın “Xalqımızın azadlıq mübarizəsinin mərhələləri” adlı seminarı təşkil edilib.
Seminarda filialın direktor müavinləri, kafedra müdirləri, struktur rəhbərləri,,müəllimlər və tələbələr iştirak edib.
Seminarda filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının müəllimi Novruz Kərimov qeyd edib ki,
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Daha sonra 17 noyabr mitinqinin tələbləri haqqında danışaraq vurğulayıb ki, tələblərdən göründüyü kimi mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi.
Daha sonra elmi seminar həmin kafedranln tarix müəllimi t.f.d Təhminə Əliyevanın vurğuladığı tarixi məqamlar əsasında davam edib.
Sonda filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini A.Şeydayeva çıxış edərək təşəbbüsə görə filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının müdiri t.f.d E.Nəsirova təşəkkür edib, tədbirdə qeyd olunan tarixi faktların tələbələr üçün əhəmiyyətini vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?