ADPU Quba filialında “Qarabağ müharibəsinin ədəbiyyatda əksi” adlı interaktiv dərs keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın Ən yeni dövr Azərbaycan ədəbiyyatı fənnindən AZD 1802B qrupu ilə “Qarabağ müharibəsinin ədəbiyyatda əksi” adlı açıq dərsi keçirilib.

Açıq dərs 30 noyabr tarixində ADPU Quba filialının müəlliməsi Azərbaycan Universitetinin doktorantı Kəmalə Bayramovanın rəhbərliyi altında baş tutmuşdur. İlk olaraq tələbələr Qarabağ, Dəmir Yumruq, Xarıbülbül, Zəfər adlı qruplara bölünmüş və açıq dərs Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamışdır. Dərs boyunca Qarabağ müharibəsi, Vətən müharibəsi, tarixi qələbəmiz barəsində məlumatlar verilmiş, tələbələrdən bu mövzuda fikirləri alınmışdır. Qrupların hazırladıqları təqdimatlar özləri tərəfindən bilavasitə təqdim olunmuşdur. Zəfər tariximizdə canından keçmiş Şəhidlərimizdən, onlarla yanaşı, qazilərimizi, sağ qayıtmış oğullarımızı unutmadığımızı bəhs edərək qeyd etmişdilər ki, “Onlar bizim fəxrimiz, qürur yerimizdir!”.
Sonra qruplar üzrə Qarabağ müharibəsi bədii nəsrdə, Qarabağ müharibəsi poeziyada, Qarabağ müharibəsi publisistikada, Yeni yaranan Zəfər ədəbiyyatı mövzusunda qrup tapşırığı yoxlanılıb, həmçinin dərsdə həmçinin, Vətən müharibəsi iştirakçısı, filialın tələbəsi Ayaz Tahirovun da özünün müəllifi olduğu “Azərbaycan Zəfərin mübarək” adlı şeirini də səsləndirmiş, şeir tələbələr tərəfindən maraqla qarşılanmışdır, sonda qiymətləndirilmə aparılmışdır.
Dərsin keçirilməsi ilə bağlı əvvəlcə filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dos.G.Ağabəy danışaraq bildirib ki, dərs müasir tələblərə uyğun yüksək səviyyədə təşkil edilib, müəllim və tələbələrin də hazırlığı yerindədir, daha sonra filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini A.Şeydayeva, Pedaqoji fakültəsinin dekanı Q.İdrisov,Keyfiyyətin təminatı şöbəsinin müdiri P.Rzayeva, Direktor köməkçisi Mürvət Əliyev və digərləri çıxış edərək münasibət bildirmiş, tələbələrin yüksək əhval ruhiyyədə olmaları, vətənpərvərlik tərbiyələri, davranışları ilə həm gələcəyin müəllimi kimi hazırlıqlarını, həm də onlara dərs deyən müəllimlərin fəaliyyətini əks etdirdiklərini vurğulamışlar.