ADPU Quba filialında pedaqoji təcrübənin yekun konfransı keçirilib

27.05.2021
ADPU Quba filialında pedaqoji təcrübənin yekun konfransı keçirilib

Bu gün ADPU Quba filialında pedaqoji təcrübənin yekunlarına həsr olunan konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Filialın Tələbə və tədrisin təşkili şöbəsinin müdiri Mələk Bağırova pedaqoji təcrübə barədə hesabat xarakterli çıxış edib. Bu barədə bir neçə statistikanı sadalayıb və bildirib ki, 166 nəfərdən təcrübə ilə bağlı sınaq dərsləri toplanıb. Təcrübə gedişində hamı bir-birindən öyrənib.

Daha sonra çıxış üçün söz filialın direktoru dos. Yusif Alıyevə verilib. Direktor çıxışında istənilən işdə təcrübənin önəmindən bəhs edib. Bildirib ki, koronavirus pandemiyası ali təhsil müəssisələrində pedaqoji təcrübə formatının da dəyişməsinə səbəb olub. Təcrübə ADPU-nun gösdərdiyi modullar çərçivəsində həyata keçirilib. Y. Alıyev builki təcrübədə tələbənin şagird rolunu oynamasının effektivliyindən söz açıb. Bildirib ki, filial pedaqoji təcrübənin öhdəsindən layiqincə gəlib və buna görə, kollektivə təşəkkür düşür. Bilik və bacarıqların nə dərəcədə mənimsənilməsi məhz təcrübə dönəmində məlum olub. Onun sözlərinə görə, ADPU Quba filialı region ali təhsil müəssisəsi olmasına baxmayaraq, ölkə universitetləri üçün böyük bir ənənə qoyub.

Filialın pedaqoji fakültəsinin dekanı, f.ü.f.d. Qələmşah İdrisov verib. O bildirib ki, 2020-2021-ci tədris ilindəki pedaqoji təcrübə ənənəvi prosesdən çox fərqlənib və kollektivin fədakarlığı, işgüzarlığı nəticəsində mümkün olub. Bu yolla pedaqoji təcrübə vərdiş kimi möhkəmləndirilib və bu, xeyli nailiyyətlərə yol açıb.  Təcrübə tələbələrin İT biliklərinin formalaşdırılması istiqamətində də xeyli irəliləyişə səbəb olub. Q. İdrisov ənənəvi və distant təcrbədə qoyulan tələblərin fərqini izah edib. Qeyd edib ki, bütün işlər tələbələrin xeyrinə həll olunub. O, imtahan sessiyasının fərqli formatda keçəcəyini vurğulayaraq tələbələrə uğurlar arzulayıb.

Şəhla İsmayılova da builki pedaqoji təcrübənin digərlərindən formatı və çətinliyi ilə fərqləndiyini vurğulayıb. O, tələbələrlə onlayn sorğuda 102 təcrübəçinin iştirak etdiyini bildirib. Məsafədən təcrübə sorğu iştirakçılarının 53,9 %-ni qismən qane edib. Daha sonra səsverməyə əsasən pedaqoji təcrübədə xüsusilə fərqlənən müəllim və metodistlər açıqlanıb. 58,73% iştirakçı müəllim, psixoloq və metodistlərin işini əla qiymətləndirib. Tələbələrin 47, 1%-nin İKT bacarıqlarının əla səviyyədə olduğu aşkarlanıb. Məlum olub ki, təcrübə zamanı ən çox rast gəlinən problem internet zəifliyi və sənədlərlə iş olub. Pedaqoji təcrübədə ən yüksək nəticəni göstərən tələbələrin adlarını açıqlayıb. Ümumilikdə təqdimatda həm müəllim, həm də tələbələrin təcrübə üçün sərf etdikləri əmək qiymətləndirilib.

Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Elza Babayeva pedaqoji təcrübə işində dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Eyvaz Şeydayev qeyd edib ki, təcrübə dövründə tələbələrin sənətə böyük sevgisinin şahidi olub. Həmin gənclər arasında 3-5 il sonra öz işi ilə tanınan bacarıqlı müəllimlər çıxacağına inamını ifadə edib. Gələcəyin müəllimləri şagird olaraq çıxış etməklə özlərinə şagird gözü ilə baxmağı öyrəniblər. E. Şeydayev pedaqoji təcrübə zamanı qarşılaşdığı çətinlikləri də sadalayıb. Müəllimlərin İşə Qəbul imtahanlarında tələbələrin bu yüksək nəticələri bir daha sübut edəcəklərinə inandığını söyləyib.

Tarix və coğrafiya ixtisasının müəllimi Zəminə Vahidzadə uğurlu pedaqoji təcrübə münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, tələbələr üçün bu format yeni olsa da, onlar gələcək üçün eksterimal şəraitlərə hazırlanmış olublar.

Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elbrus Əhmədov bildirib ki, təcrübə həm də müəllimlərin onlayn yolla tələbələrin yanında olma cəhdləridir. Onun sözlərinə görə, bu filialın məzunu olmaqla tələbələr yalnız müəllim kimi deyil, həm də şəxiyyət kimi formalaşıblar.

Filialın müəllimi Səlimə Müzəffərova də tələbələrə gələcək uğurlar arzulayıb. Uzunmüddətli təcrübəyə sahib kadr kimi ötənilki təcrübələrlə yeni formatı müqayisə edib.

Musiqi və onun tədrisi metodikası fənnini tədris edən Nigar Babazadə tələbələrin dərsin bütün incəliklərinə əməl etdiklərini və bundan məmnun olduğunu deyib. Bildirib ki, təcrübə müddətində bəzi tələbələrin müəllimlik üçün tam hazır olduğunu müşahidə edib. Təcrübə müasir dövrün tələbələrinə uyğun olaraq distant tədrisin təşkili üzərində qurulub.

Çıxış üçün söz Vüsalə Kərimovaya verilib. O bildirib ki, 5-ci modulun tətbiqini çox uğurlu hesab edir. Dərslərini yüksək səviyyədə keçən bir neçə tələbənin adlarını qeyd edib.

Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elnarə Axundova bağlanış konfransı münasibətiə iştirakçıları təbrik edib. Bildirib ki, təcrübə müddətində tələbələrin İKT bacarıqlarının, yoldaşlıq münasibətlərinin yüksək əviyyədə olduğunu müşahidə edib. Builki təcrübənin mövcud şəraitdə çox yüksək səviyyədə başa çatdığını hesab edib.

Konfrans Pedaqoji təcrübədə iştirak edən tələbələrin çıxışı ilə davam edib. Onlar təcrübə təəssüratlarını bölüşüb, distant təcrübə zamanı yaşadıqları həyəcanı ifadə ediblər. Rollu oyunlar vasitəsilə hər dərs bir yaş qrupuna aid şagirdin psixologiyasını yaşadıqlarını, buna bələd olduqlarını söyləyiblər. Sonda sessiya, gələcək dövlət imtahanı və digər məsələlərlə bağlı suallar cavablandırılıb.

Konfrans direktor Yusif Alıyevin yekun sözləri ilə yekunlaşıb. O, təcrübədə iştirak edən bütün tələbə-müəllim kollektivinə təşəkkürünü bildirib. Qürur hissi ilə qeyd edib ki, çətin dönəmdə tələbələrə yol göstərən, vəzifə borcunu layiqincə yerinə yetirən bütün müəllimlərə əməklərinə görə, təşəkkür düşür. Bu bir daha sübut edir ki, filialda fəaliyyətin stimullaşdırılması, əmək bölgüsü yüksək səviyyədə təşkil olunub. Direktor həmçinin yeni müjdəni açıqlayaraq bildirib ki, Yaponiya səfirliyindən filialın tərbiyə işləri üzrə direktor müavini ilə əlaqə saxlanıb və filialla Yaponiya arasında yeni əlaqələrin qurulması istiqamətində danışıqlar aparılıb. Direktor filial kollektivinə bir daha təşəkkürünü bildirib.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?