ADPU-nUn Quba filialında “Psixologiya gecəsi” keçirildi.

03.11.2023
ADPU-nUn Quba filialında “Psixologiya gecəsi” keçirildi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin təşkil etdiyi “Psixologiya gecəsi” keçirildi.

Tədbirdə Filialın direktoru dosent Yusif Alıyev, Viqas Psixoloji Nitq və İnkişaf Mərkəzinin direktoru Fidan Bağırova, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba filialının icraçı direktoru Cavad Cavadov, Quba Rayon Mərkəzi Xəstəxanasının Psixologiya bölməsinin psixoloqu Şahbaba Vahabzadə və Filialın professor-müəllim və tələbə kollektivi iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Fiz.ü.e dok, dosent Yusif Alıyev “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrininə tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirərək qeyd etdi ki, bu tədbirin ərsəyə gəlməsi tələbələrin güclü iradəsi və birliyindən doğur. Ənənə halını almış hər ixtisasın tələbələrinin təşkil etdiyi bu tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirib və bundan sonra bu ənənənin davam edəcəyinə inandığını bildirdi.

Tələbələrə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edərək onların universitet daxilində yaradılmış Psixoloji Tədqiqat Mərkəzinə böyük töhvə verəcəklərinə inamını ifadə etdi.

Göstərilən təqdimatlar, rollu oyunlar, tamaşalar, sərgilər bir daha onu təsdiq edib ki, Filialda kadr hazırlığı üçün lazımı şərait vardır və bu da tələbələrin təqdimatlarında özünü açıq aşkar biruzə verir.

Sonda tədbirin təşkilatçılığında fərqlənən “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tyutoru Türkan İskəndərova, tələbələr, qruplar Filialın direktoru tərəfindən təltif edilib, simvolik tort kəsilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?