
12 Noyabr Konstitusiya Günü ilə əlaqədar olaraq ADPU-nun Quba filialının və GİKM-in Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Yarışda 10 komanda olmaqla 50 tələbə mübarizə aparıb.
Finalda “Qladiator”, “Miracle”, “Yurd”, “Sirius” komandaları yarışıb və “Sirius” komandası qalib gəlib.
“Sirius” komandasının tərkibində filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələrindən adları aşağıda qeyd olunan gənclər yarışıb:
Məhəmməd Hacıbalayev
Aytac Ağazadə
Nübar Məmmədova
Qızılgül Tağıyeva
Ələkbər Babayev
Qeyd: Yarışda filialın hər iki fakültəsi üzrə ixtisaslardan tələbələr iştirak edib.







