ADPU Quba filialında 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib

ADPU Quba filialında 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib

Sentyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Yusif Alıyev universitetə qəbul olunmuş I tədris ili tələbələrini, onların valideynlərini, filialın kollektivini təbrik edib, gənclərə həyatda və təhsildə yeni uğurlar arzu edib.  Dosent Yusif Alıyev öz çıxışını ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı ilə davam etdirərək bildirib ki, hazırda təhsilimiz cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet sahələrindən biridir. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, Azərbaycanda savadlı, ixtisaslı kadrların hazırlanması, gənclərimizin cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsi üçün hərtərəfli şərait vardır. Dosent Yusif Alıyev vurğulayıb ki,təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin ənənəvi sentyabr konfransındakı çıxışında qeyd etdiyi kimi son illər təhsilimizdə əldə edilən uğurların nəticəsidir ki, bu il ali məktəblərə qəbul olunan abituriyentlərin ¼ hissəsi müəllimlik ixtisaslarını seçmişlər. Daha sonra dosent Yusif Alıyev cənab prezident İlham Əliyevin apardığı siyasəti Quba rayonunda uğurla davam etdirən, təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğı ilə seçilən  Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyəddin Əliyevə də öz təşəkkür və minnətdarlığını bildirib.

Daha sonra tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva çıxış edərək filiala 2019-2020-ci tədris ilində qəbul olunan tələbələr haqqında məlumat verib, bu ilki qəbulun nəticələrinə əsasən yüksək bal toplayan tələbələrin ADPU Quba filialını seçməsini xüsusi vurğulayıb.

Daha sonra tədbirdə filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dəyərli ziyalı alim  Qələmşah İdrisov, filialın “Təbiət fənləri və onun tədrisi metodikası” kafedarsının müdiri dosent Güləddin Həmzəyev, valideynlərdən Xalidə Heydərli çıxış edərək I tədris ili tələbələrini təbrik edib, yeni tədris ilində yeni uğurlar arzu etdiblər.

Daha sonra tədbirə qonaq kimi dəvət edilən filialın məzunlarından olan, rayonda öz savadı ilə sayılıb seçilən, Quba Fizika-riyaziyyat, informatika təmayüllü liseyin müəllimi Anar Hüseynov, Quba “Viqas Med” nitq inkişaf mərkəzinin psixoloqu  İslamova Nərgiz çıxış edərək filialda qazandıqları biliyin onlar üçün həyat yolunda necə dəyərli olmasından söz açdılar, müəllimlərə təşəkkürlərini bildirdilər.

Tədbirdə filiala yüksək nəticələr göstərərək qəbul olunan tələbələrə hədiyyə və gül təqdim olundu.

Tədbir Quba Uşaq Musiqi məktəbinin müəllimi Əlövsət Məmmədovun ifa etdiyi musiqi nömrələri ilə davam etdi.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?