ADPU-nun Quba filialının TGT- nın təşəbbüsü və təşkilatçılığı ilə filialda Novruz Bayramına həsr edilən rəsm müsabiqəsi keçirilib

21.03.2022
ADPU-nun Quba filialının TGT- nın təşəbbüsü və təşkilatçılığı ilə filialda Novruz Bayramına həsr edilən rəsm müsabiqəsi keçirilib

Müsabiqə TGT daxilində fəaliyyət göstərən ART İncəsənət Klubunun sədri Hicran Seyidovanın rəhbərliyi ilə bütün tələbələr arasında təşkil edilib.

Müsabiqədə qalib olan tələbələr üçün təltifedilmə mərasimi keçirilib.Tədbirdə filialın Pedaqoji fakültəsinin dekanı f.f.d Q.İdrisov tələbələrə uğurlar arzu edib, belə müsabiqələrin gənclərin şəxsi inkişafında rolunu qeyd edib, tələbələrin fəal iştiraklarını yüksək qiymətləndirib.

Daha sonra ilk 3 yerin qalibinə Diplom, iştirakçılara isə Təşəkkürnamələr təqdim edilib

Diplomların hazırlanmasında köməyinə görə Nurtac Eldarovaya təşəkkür edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?