ADPU-nun Quba filialının TGT sədri zona toplantısında iştirak edib

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbovun 12 noyabr 2021-ci il tarixdə Şabran rayonunda keçirdiyi zona toplantısında irəli sürdüyü tələb və tövsiyyələrinə uyğun olaraq 03 dekabr 2021-ci il tarixdə Quba-Xaçmaz zonasına daxil olan Quba,Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının Gənclər və İdman idarələrinin, Yeni Azərbaycan Partiyasının yerli şöbələrində fəaliyyət göstərən gənclər birliklərinin, gənclərlə işləyən QHT-lərin, Gənclərin İnkişafı və Karyera Mərkəzlərinin rayonlar üzrə nümayəndəliklərinin, yerli Skaut liderlərinin, fəal gənclərin, eləcə də digər müvafiq təşkilatların rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Quba rayon Mədəniyyət evində dəyirmi masa formatında görüş təşkil edilmişdir. Görüşdə filialın TGT sədri S.Nəcəfov da iştirak edib.
Görüşü Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev açmışdır. İlk öncə 30 noyabr 2021-ci il tarixdə qəzaya uğramış helikopterdə həlak olan, eləcə də Vətən uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra M. Nöhbalayev gündəlikdə duran məsələlər barədə məlumat vermiş, çıxış etmək və müzakirələr aparmaq üçün üçün iştirakçılara söz vermişdir. Görüş zamanı iştirakçılar tərəfindən maraqlı təkliflər səsləndirilmiş, yaxın zamanlardan etibarən regional layihələrin icrası istiqamətində birgə əməkdaşlığın vacibliyi qeyd edilmişdir.
Sonda növbəti zona toplantısının Xaçmaz rayonunda keçirilməsi qərara alınmışdır.