Bu gün ADPU-nun Quba filialında Pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirildi.

26.05.2023
Bu gün ADPU-nun Quba filialında Pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirildi.

Filialın direktoru f.e.d. Yusif Alıyev, FRİTL direktoru Kamran Əliyevin, Quba MRX psixoloqu Şahbaba Vahabzadənin, Filialın direktor müavinlərinin, fakultə dekanlarının, kafedra müdirlərinin, professor müəllim heyətinin, strukturların, əməkdaşların iştirakı ilə təşkil olunmuş konfransda təcrübəçi tələbələr təcrübə müddətində qazandıqları bilik, bacarıq və vərdişləri iştirakçılara nümayiş etdirmiş, onlara dəstək olan professor-müəllim heyətinə xüsusi təşəkkür etmişlər. Konfrans Tədris şöbəsinin müdiri Mələk Bağırovanın moderatorluğu ilə davam edib.

Konfransda çıxış edən Filialın direktoru f.e.d. Yusif Alıyev pedaqoji təcrübəni uğurla yekunlaşdıran tələbələri təbrik edib, onlara gələcəkdəki fəaliyyətlərində Filialda qazandıqları bilik, bacarıq və vərdişləri, insani keyfiyyətləri unutmamağa səsləyib, daha sonra Pedaqoji təcrübənin uğurla aparılmasına görə Tədris şöbəsinin müdiri Mələk Bağırovaya, Təcrübə və məzunlarla iş üzrə rəhbər Şəhla İsmayılovaya təşəkkür edib.

Qeyd edək ki, IV və V tədris ili tələbələri bağlanılan müqavilələrə əsasən Quba şəhər üzrə Təhsil İdarəsinin tabeliyində olan 4 məktəb, 2 körpələr evi-uşaq bağçasında, Təhsil Nazirliyinin tabeliyində olan 1 liseydə, Viqas psixoloji və nitq inkişafı mərkəzində pedaqoji təcrübə keçiriblər.

Tələbələrə tələb olunan sayda sınaq dərslərinin keçirilməsində, tədbirlərin təşkil edilməsində, sənədləşmə işlərində həm filial üzrə təcrübə rəhbərləri, həm də təcrübə müəssisəsi üzrə təcrübə rəhbərləri köməklik etmiş, gələcək fəaliyyətlərində uğulu yola addım atmağın yollarını öyrətmişlər.

Konfransın sonunda xatirə şəkli çəkdirilib, konfransdan sonra çay süfrəsi arxasında söhbətlər edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?