ADPU-nun Quba filialının təşkilatçılığı ilə filiallararası intellektual yarış keçirilib

İntellektual yarış professor Əbdüləzəl Dəmirçizadənin əziz xatirəsinə həsr olunub.

  25 aprel 2021- ci il tarixində ADPU- nun Quba, Şəki, Şamaxı, Cəlilabad filiallarının tələbələrindən ibarət komandalar arasında intellektual yarış keçirilib. Yarış Azərbaycan EA – nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadənin əziz xatirəsinə həsr olunub.
Yarışın təşkilatçılığını ADPU- nun Quba filialının TGT sədr müavini Əhməd Əliyev və TGT klubları edib. Yarışda 11 komanda iştirak edib. Qalib komandaların təltif edilməsi “ZOOM” platforması üzərindən baş tutub. Bu zaman  ADPU- nun Quba filialının  direktor müavini Aysel Şeydayeva, filialın Kitabxana şöbəsinin müdiri Samirə Hacıyeva və tələbə gənclər iştirak ediblər.
Çıxış edənlər Əbdüləzəl Dəmirçizadə haqqında və oyun barəsində fikirlərini bölüşüblər. Daha sonra isə TGT sədr müavini Əhməd Əliyev qalib komandaların adlarını açıqlayıb və qalibləri təbrik edib. Bundan əlavə Aysel Şeydayeva, Samirə Hacıyeva,Aygün Şıxbabayeva,  TGT sədri Səyyad Nəcəfov, İOK sədri Elxan Ələskərov,  və qalib komandaların kapitanları oyunla bağlı fikirlərini bölüşüb, pandemiya ərəfəsində belə bir şəraiti yaratdığı üçün dos. Yusif Alıyevə öz təşəkkürlərini bildiriblər və belə oyunların davamlı olmasını diləyiblər.

QEYD:
1-ci yer ” SİRİUS” komandası- 32 xal, komandanın kapitanı Günel Balasıyeva.

2- ci yer ” 3×3 ” komandası – 24 xal ( reytinq xalı 59), komandanın kapitanı Hicran Salahova.

  3- cü yer ” BRAUN” komandası- 24 xal ( reytinq xalı 57), komandanın kapitanı  Xədicə Şərifli.

  4- cü yer ” ADPU ŞƏKİ” komandası- 22 xal ( reytinq xalı 47) , komandanın kapitanı Kamran İsayev.

  5- ci yer ” UĞUR ” komandası- 22 xal (reytinq xalı 43), komandanın kapitanı  Nəsibli Güldəstə.

  6- cı yer ” GOLD TEAM” komandası-  komandanın kapitanı Gülnar Novruzəliyev.
7- ci yer ” POZİTİV BEYİNLƏR” komandası – komandanın kapitanı Elva Ağamirzəyeva.

8- ci yer ” XARI BÜLBÜL” komandası- komandanın kapitanı Nərminə Əliyeva.

9- cu yer ” MİRACLE – 419″ komandası – komandanın kapitanı Həzrət Hacıyev.

10- cu yer ” ZƏFƏR” komandası – komandanın kapitanı Mönsümlü Səmayə.

  11- ci yer ” NİRVANA” komandası – komandanın kapitanı Samirə Tağıyeva.

   Bir daha bu  yarışda iştirak edən və əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk. Davamlı olmasını diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir