ADPU-nun Quba filialının tələbələri üçün “Öz layihəni yaz” təlimi keçirilib.

Təlim zamanı gənclərə layihələrin yazılmasında əsas məqamlar, layihələrin idarə olunması, qrant müsabiqələr və s. haqqında ətraflı məlumat verilib. Sonda isə gənclər qruplara bölünərək öz layihələrini yazıb, nümayiş etdiriblər. Təlim, GİKM Quba nümayəndəliyimizin əməkdaşı, 3 layihə rəhbəri, “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” və “Karyera məsləhətçisi” kursunun iştirakçısı Eyvaz Xeyrullayevin təqdimatında keçirilib.