Lətifov Eynulla Niyətulla oğlu 2001-ci ilin sentyabrın 8-də ll Nügədi kəndində anadan olmuşdu.
2019-cu il oktyabrın 10 – da həqiqi hərbi xidmətə gedib əvvəl Ağcabədidə, daha sonra Ağdamda “N” saylı hərbi hissələrdə xidmət edib. 2020-ci ilin avqust və sentyabr aylarında hərbi təlimlərdə iştirak edərək manqa komandiri olmuşdu. 27 sentyabr işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının alınmasında iştirak edib. Onun son döyüşü Xocavənddə olub. Oktyabrın 18-də axşam saat 18:00 radələrində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəman Eynulla yanlarına düşən minalar nəticəsində iki əsgəri ilə birlikdə ən uca zirvə olan – Şəhidlik zirvəsinə ucalıb.
Eynulla Lətifov 20 oktyabr 2020-ci il tarixdə ll Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailənin son beşiyi, iki bacının tək qardaşı idi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Eynulla Lətifov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və Qafqaz Media İctimai Birliyinin təsis etdiyi “Nur üzlü şəhidim” medalları ilə təltif olunub.
ALLAH RƏHMƏT ETSİN!