ADPU-nun Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasının müəlliməsi Mehriban Məmmədova Moldavada Beynəlxalq onlayn konfransda iştirak edib.
2021-ci ilin yanvar ayında Moldavada, onlayn formada keçirilmiş Beynəlxalq konfransda ADPU-nun Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Mehriban Məmmədova da iştirak edib
Uluslararası Avrupa Disiplinlerarası Araştırmalar Kongresi adlanan konfrans 15-16 YANVAR 2021-ci il tarixində ZOOM platforması üzərindən baş tutub, tərəfdaş universitetlər və ölkələr siyahısında Moldava, Gagauziya-Komrat olub. Moldav dili, Rus, Türk (Azərbaycan) İngilis dillərində məqalə və xülasələri qəbul edən konfrans bütün Elm sahələrinə açıq olub. Mehriban xanımı təbrik edir, yeni elmi nailiyyətlər arzu edirik.