ADPU-nun Quba filialında futbol turnirinə start verildi

13.04.2023
ADPU-nun Quba filialında futbol turnirinə start verildi

1 aprel 2023-cü il tarixindən ADPU-nun Quba filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında futbol yarışları başlamışdır. Yarışda 8 komandanın tərkibində 100 dən çox tələbə iştirak edir.

Yarış dairəvi sistemdə həyata keçirilir və tələbələrin hər biri oyundan öncə tibbi müayinə olunaraq oyunlarda iştirak edirlər.

Qeyd edək ki, yarışlar 11.04.-10.05.2023-cü il tarixləri arasında keçiriləcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?