ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.

25.10.2019
ADPU-nun Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib.

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Elmi Şurasının növbəti iclası keçirilib

        Elmi şuranın katibi Sevinc Babaşova öncə elmi şura üzvlərinin 16 nəfərdən 16 nəfərinin iştirak etdiyini bildirərək Elmi Şuranın iclasına başlamaq üçün kvorm olduğunu bildirdi. Dosent Yusif Alıyev şura üzvlərini salamlayaraq Elmi Şuranın üzvü, filialın Pedaqoji təcrübə rəhbəri Səlimə Müzefferovanın 65 yaşı tamam olması münasibətilə Quba Filialının kollektivi adından təbrik edib, ona can sağlığı və uzun ömür arzuladıqdan sonra Elmi Şuranın gündəliyi haqqında ümumi məlumat verdi. Gündəlikdə duran olunan birinci məsələ ilə bağlı filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov çıxış edərək, tədris ilinin əvvəlində kafedralarda tədris planlarına uyğun olaraq bölünmüş dərslər üzrə müəllimlər arasında iş bölgüsünün aparılması haqqında məlumat verdi. O bildirdi ki, filialın hər üç kafedrasında (Pedaqoji və ictimai fənlər, Təbiət fənləri və onun tədrisi metodikası, Ədəbiyyat və dillər) bu məsələlərin hər biri yerindədir və heç bir çatışmazlıq yoxdur, filialın kafedraları üzrə fərdi iş planlarının, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti qənaətbəxşdir. Sessiya imtahanları üçün hazırlanmış suallar da sillabusu tam əhatə edir. Əvvəlki illərlə müqayisədə istər müəllimlər, istərsə də kafedra müdirləri üçün deyə bilərik ki, işə davamiyyət çox qaydasındadır. Jurnalların yoxlanması prosesləri gücləndirilib. Bilərəkdən kobud səhvə yol verən, jurnalda qaralama salan və ya düzəliş edən müəllimlər xəbərdarlıqla inzibati formada cəzalandırılıb. Məsələyə münasibət bildirən filialın direktoru dosent Yusif Alıyev vurğuladı ki, jurnaldakı səhvlərə görə müəllim, tyutor, dekan, dekan müavini, hətta direktor – yəni hər birimiz məsuliyyət daşıyırıq. Ona görə də bunlar mütləq vaxtında araşdırılıb ortaya çıxarılmalıdır. Həmçinin tələbələrə qiymətlər ədalətli və obyektiv yazılmalıdır. Buna görə də açıq dərslərin sayı çoxaldılacaq. Bunun üçün bütün işçi kollektivi əməkdaşlığı qoruyub saxlamalı və problemli məsələlər dərhal üzə çıxarılaraq, gizli qalmamalıdır. Universitetimizin nüfuzuna xələl gətirə biləcək bütün neqativ hallar yerində həll olunmalıdır. Həmçinin, öyrənmək lazımdır ki, bu hallar niyə yaranır? Yollar axtarmaq lazımdır ki, bu hallar bir daha təkrarlanmasın. Hörmətli rektorumuz professor Cəfər Cəfərov və ADPU-nun bütün rəhbbər şəxsləri hər işdə bizə dəstək olur. Buna görə də biz işimizi daha məsuliyyətli etməliyik, daha diqqətli olmalıyıq. Daha sonra dosent Yusif Alıyev qeyd etdi ki, filialda için keyfiyyətinin artırılması üçün, əməkdaşların işə uyğunluğunu yoxlamaq üçün yaxın gələcəkdə filialda attestasiya aparılması da planlaşdırılır. Gündəlikdə göstərilən ikinci məsələ “Fakültə dekanlığında planlaşma işləri və tədris prosesinin təşkili” idi. Bu məsələ ilə bağlı filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov çıxış edərək bildirdi ki, son vaxtlar universitetdə görülən işləri alqışlayırıq. Kafedraların, müəllimlərin bütün işləri, ümumilikdə filialdakı tədris, təlim, tərbiyə prosesi nəzarət altındadır. Müəyyən nöqsanlar, yaranan problemlərin kökü araşdırılır. Gündəlikdə göstərilən üçüncü məsələ struktur bölmələrinin vəziyyəti haqqında, filialın struktur rəhbərləri hər biri öz strukturuna aid müəyyən məsələləri qeyd etdilər. Yaranan problemlərin aradan qaldırılma yolları haqqında fikirlər irəli sürdülər. Gündəlikdə göstərilən dördüncü məsələ, filialda Doktorant və Gənc Tədqiqatçılar Şurasının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında oldu. Məsələ ilə bağlı çıxış edən Elmi Şuranın sədri dosent Yusif Alıyev qeyd etdi ki, əməkdaşların təhsilinə, elmi fəaliyyətinə ciddi önəm verilməlidir. Müəllimlərimiz, doktorantlarımız, magistrantlarımız, tələbələrimiz məqalələr yazmalı, müxtəlif elmi və dövri mətbuatda çap etdirməli, beynəlxalq, respublika əhəmiyyətli konfranslarda iştirak etməlidirlər. Bu işlərə nəzarətin gücləndirilməsi məqsədi ilə yaradılması nəzərdə tutulan Doktorant və Gənc Tədqiqatçılar Şurası da öz fəaliyyətinin istiqamətlərini müəyyənləşdirib, qarşıya qoyulan məqsədlərin icrasına nail olmaq üçün elmi kadrların işini müasir tələblər əsasında quracaq. Elmi kadrların yetişdirilməsi baxımından vahid kordinasiyanın yaradılımasının vacib olduğunu qeyd edən filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov bildirdi ki, filialda elmi işlərin həyata keçirilməsində doktorant və tədqiqatçıların işlərinə stimul vermək üçün belə bir şuranın yaradılmasına böyük ehtiyac vardı, yaxşı ki, Yusif müəllim bu işi önə çəkdi və yaratmağa nail oldu. Sonda Doktorant və Gənc Tədqiqatçılar Şurasının Əsasnaməsi qəbul olundu. Gündəlikdə göstərilən beşinci məsələ əmək haqlarının artırılması ilə əlaqədar idi. Məsələ ətrafında çıxış edən dosent Yusif Alıyev qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminə dəyişiklik edilməsi haqqında” 03.10.2019-cu il tarixli 428 №-li qərarına əsasən güzəşt kateqoriyasında və dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödəmələrin məbləğı artırılmışdır. Bu artımdan yaranan fərqin 01.09.2019-cu il tarixdən ştat cədvəli üzrə əməkdaşlarının əmək haqlarına əlavə olunmasını müzakirə edib, qərar qəbul etməliyik. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə hər sahədə olduğu kimi bizim filialın əməkdaşlarının da əmək haqlarının qaldırılması gündəmə gəlmişdir. Məsələyə münasibət bildirən filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güləddin Həmzəyev, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Dekan müavini Nübar Bayramova ölkə Prezidenti cənab İlham Əliyevə, təhsil naziri cənab Ceyhun Bayramova, ADPU-nun rektoru professor Cəfər Cəfərova və filialın direktoru dosent Yusif Alıyevə əmək haqqlarının artırılması ilə əlaqədar kollektiv adından təşəkkür etdilər, bundan sonra rəbərliyin etimadını doğrultmaq üçün səylərini daha da artıracaqlarını vurğuladırlar. Baş mühasib Mahirə Malıyeva bildirdi ki, aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, filialda ştat cədvəli üzrə əməkdaşların əmək haqlarının orta hesabla 20% artırmaq mümkündür. Sonda dosent Yusif Alıyev təklif etdi ki, filialın Elmi Şurasının bu qərarına ADPU Elmi Şurasında baxılması üçün rektor professor Cəfər Cəfərova müraciət ediləcək. Dosent Yusif Alıyev vurğuladı ki, əmək haqları artdıqca, əməkdaşlardan peşəkarlıq tələbi də artacaq. Buna görə də daha məsuliyyətli çalışmaq lazımdır.Gündəlikdə göstərilən alıtıncı məsələ ADPU-nun Quba filialında adlı təqaüdlərin təyin olunması və ödənilməsi ilə bağlı Əsasnamənin təsdiqi idi. Məsələ ilə bağlı çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirdi ki, dövlət sifarişli və ya ödənişli əsaslarla təhsil almasında aslı olmayaraq, ADPU-nun Quba filialında əyani təhsil alan 3-cü tədris ili tələbələrinin qış imtahan sessiyasının nəticələrinə əsasən ümumi orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG) əsasən adlı təqaüd verilməsi nəzərdə tutulur. Baş təqaüd ümumilli lider Heydər Əliyev adına təqaüd adlanacaq və 150 manat, digər təqaüdlər isə Qubada doğulub boya çatmış, Azərbaycanda və dünyada tanınan, eyni zamanda Qubada təhsilin, elmin, iqtisadiyyatın inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin adlarına təsis ediləcəkGündəlikdə göstərilən cari məsələlər son 2 ay ərzində filialda tələbə-gənclərin inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq üçün filialın direktoru dosent Yusif Alıyevin ideyası və rəhbərliyi, kollektivin dəstəyi ilə yaradılan “Kitab klub”un, Azad Nəbiyev adına “Bilgə ocağı”nın, “Üz üzə” Psixologiya klubunun yaradılması, fəaliyyəti haqqında olan məsələlər aid idi. Yeni yaradılan klubların filial tələbələrinin potensialının artırılmasına böyük töhfələr verəcəyi qeyd edildi.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?