8 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba fîlialının Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova və tələbələr Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Quba Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
Ekskursiya müddətində Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimovanın və əməkdaşlarının iştirakı ilə Mərkəzin iş təcrübəsi ilə tanış olmuş, onlara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi, azərbaycançılıq və dövlətçilik təcrübəsi barədə, eləcə də Mərkəzin fond otağında təşkil olunmuş “Qədim Quba” guşəsi barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu sərginin hazırlanmasında məqsəd tariximizi, keçmiş dövrdə yaşayan əhalinin həyat tərzi, əsrlərin dərinliklərindən gələn bu sənət nümünələrini gələcək nəslə və turistlərə çatdırmaqdır.