ADPU – nun Quba filialının 30 illiyinin qeyd edilməsi münasibətilə hazırlanmış Tədbirlər planının icrası ilə əlaqədar olaraq mövcud pandemiya qaydaları nəzərə alınmaqla filialın rəhbərliyi, müəllim və tələbə kollektivinin bir hissəsinin iştirak etdiyi nümayəndələr əvvəlcə regionda ali təhsilin yeganə ünvanı olan təhsil ocağı adından Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyub, Allahdan dahi şəxsiyyətə rəhmət diləyiblər.
Ziyarət zamanı filialın direktoru dosent Yusif Alıyev xüsusi olaraq Ulu Öndərin Azərbaycan təhsilinin inkişafında göstərdiyi diqqət və qayğının cənab Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirildiyini diqqətə çatdırıb və bildirib ki, bizlər, yəni təhsil işçiləri olaraq atdığlmız bütün önəmli addımlarda, irəli sürülən layihələrdə, qeyd etdiyimiz əlamətdar günlərdə bu müqəddəs məkanı ziyarət etməyə borcluyuq.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhid məzarları ziyarət edilib. I və II Fəxri Xiyabanda ziyarət zamanı 44 günlük tarixi qələbə zamanı üzümüzü ağardan, Vətənin müdafiəsində canlarından keçən Azərbaycan övladlarının müqəddəs məzarları önünə qərənfillər düzülüb.Ziyarətdə iştirak edən filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova, Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Alpanlı, Eyvaz Şeydayev, Təbiət fənləri kafedrasının baş müəllimi Elbrus Əhmədov bildiriblər ki, bu günki kollektiv ziyarətin olduqca böyük tərbiyəvi əhəmiyyəti var.Biz artıq tələbələrlə müntəzəm olaraq Bakıda və ölkənin digər bölgələrində müqəddəs Şəhid məzarlarını ziyarət etməli, tariximixin şanlı səhifəsinin yaradıcılarının qarşısında olan borcumuzu ən azından bu formada gənc nəslə aşılamalıyıq.Tədbirdə iştirak edən tələbələr – 44 günlük Vətən müharibəsi iştirakçıları Səfa Mərdanov, Ayaz Tahirov, filiala 2020/2021-ci tədris ilində ən yüksək balla daxil olan Hökməxanım Nuriyeva da da bu görüşün onların həyatında yeni bir iz qoyduğunu, bunun üçün dosent Yusif Alıyevə xüsusi təşəkkür etdiklərini diqqətə çatdırlblar.