24 dekabr 2020-ci il tarixində YAP Quba rayon təşkilatında Prezident İlham Əliyevin qətiyyəti, Dövlətçiliyimizin uğurları və inkişaf prespektivləri mövzusunda videokonfrans keçirilib. Onlayn konfransda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev də iştirak edib. Tədbiri açıq elan edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevi doğum gününü münasibətilə təbrik etdi. Ardınca möhtəşəm qələbəmizə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov hərkəsi möhtəşəm qələbə münasibəti ilə təbrik etdi və Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında sentyabrn 27–də başlanılan şanlı qələbədən danışdı. O qeyd etdi ki, Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. Bu müharibədə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Daha sonra çıxış edən Quba rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev, Quba rayon Maliyyə İdarəsinin müdiri Ruslan Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Quba filialının direktoru dosent Yusif Alıyev və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva Vətən müharibəsində qazanılan Zəfər münasibətilə bir daha xalqımızı təbrik etdilər, eləcə də Azərbaycanın və regionun uğurlu gələcəyindən danışdılar.
Sonda fəal gənclər olan Nicat Piriyev və Rəşidə Həsənovanın hazırladıqları videoçarxlar nümayiş edilib, videoçarxlar tədbir iştirakçıları tərəfindən alqışlanıb.