“İşgüzar həyata hazırlıq” təlimi

04.03.2024
“İşgüzar həyata hazırlıq” təlimi

Gənclər üçün “İşgüzar həyata hazırlıq” təlim proqramı keçirilib.

ADPU-nun Quba filialında təhsil alan sonuncu kurs Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri üçün “Karyera planlaması”, “CV və rezümenin yazılması” və “İş müsahibəsinə hazırlıq” mövzularını əhatə edən təlim proqramı təşkil olunub.

Təlimlər Filialın Tələbə, məzun və karyera şöbəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı, karyera məsləhətçisi Eyvaz Xeyrullayev tərəfindən keçirilən təlimlər çərçivəsində gənclər, fərdi və komanda tapşırıqları da icra edib.

Təlimlərdə iştirak edən gənclərə təşkilatçılar tərəfindən Sertifikatlar təqdim olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?