
22 aprel tarixində ADPU-nun Təlim-tədris mərkəzinin təşkilatçılığı ilə ADPU-nun Quba filialında”Şəbəkələşmə” mövzusunda təlimlərə start verilib.
Təlimin ilk günü Filialın direktoru f.e.d.Yusif Alıyev açılış nitqi ilə çıxış edib,qonaqları salamlayıb, təlimin gedişinə uğurlar arzu edib.
Daha sonra təlimdə “Şəbəkələşmə” layihəsinin rəhbəri, Sumqayıt 26 saylı məktəbin ingilis dili müəllimi Könül Qafarova “Şəbəkələşmə nədir?”, Layihənin koordinatoru Vəli Əliyev “Təhsildə innovasiya”, təlimçi Nübar Bayramova “Bədən dili və ya jestlər diplomatiyası – uğurlu karyeranın açarı kimi” mövzular ətrafında çıxış ediblər.
Təlim müddətində aşağıdakı mövzular müzakirə ediləcəkdir.
Mövzular:
yeni texnologiyalar
pedaqoji yanaşmalar
şəbəkələşmə və davamlı inkişaf
tədris və öyrənmə yenilikləri
konstruktiv rəylərin verilməsi (Feedback)
























