ADPU-nun Quba Filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr edilən konfrans keçirilib.

ADPU-nun Quba Filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr edilən konfrans keçirilib.

Noyabrın 28-də ADPU-nun Quba filialında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr edilən “Gücümüz Vətəndən, qüvvəmiz xalqdandır” adlı konfrans keçirilib.

Konfransda filialın direktoru dosent Yusif Alıyev, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, YAP Quba rayon Qadınlar Şurasının sədri Aysel Şeydayeva,THİK sədri Aygün Şıxbabayeva, YAP Quba rayon təşkilatı GB-nin sədri Əhməd Bəkirli, YURD Gənclərin İnkişaflna Dəstək İB-nin sədri, Quba rayon TŞ əməkdaşı Ramin Mahmudov, filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova, filialın fəal gəncləri və əməkdaşları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Yusif Alıyev YAP yaradılmasının tarixi, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticələri, hazırda bu uğurlu siyasətin cənab İlham Əliyev tərəfindən ölkədə davam etdirilməsi haqqında ətraflı danışıb.O, öz çıxışında vurğulayıb ki, ölkə rəhbərliyinin hazırda Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğının nəticəsində bu gün təhsilimiz inkişaf edir, təkcə elə bunu vurğulamaq kifayətdir ki, son aylarda filial əməkdaşlarının əməkhaqları 30%-ə yaxın artırılıb, filialda Heydər Əliyev lektoriyasının yaradılması istiqamətində iş aparılır, YAP sıralarına daxil olan gənclərin, əməkdaşların sayı gündən günə artır.
       Daha sonra tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətindən əvvəlki dövrdə Azərbaycandakı vəziyyət, daha sonra Ulu Öndərin azərbaycançılıq ideologiyasını yaratması, dövlətçiliyi möhkəmləndirməsi yönündə atdığı addımlardan danışıb. Son dövrlər ölkədə bütün sahələrdə aparılan islahatların məqsədyönlü siyasətin sübutu olduğunu bildirib, cənab Prezidentin BDU yaradılmasının 100 illik yubiley tədbirindəki çıxışında ifadə etdiyi qiymətli fikirləri tələbə gənclərin bir daha nəzərinə çatdırıb.
Daha sonra tədbirdə YAP Quba rayon təşkilatının GB sədri Əhməd Bəkirli, sədr müavini Lalə Beydullayeva, filialın əməkdaşı, ictimai siyasi fəaliyyəti ilə həmişə fərqlənən, YAP fəal üzvlərindən olan, psixoloq Nəhayət Şirinova, filialın İlk Partiya Təşkilatının sədri Zaur Muradov çıxış edərək müasir dövrdə partiyanın fəaliyyətindən, getdikcə artan partiya sıralarının möhkəmlənməsindən, partiya tərkibində qadınların, gənclərin rolundan bəhs ediblər.
Daha sonra YAP Quba rayon təşkilatı GB sədr müavini Lalə Beydullayevanın hazırladığı “YAP dünənin, bu günün, sabahın partiyasıdır” adlı videoçarx nümayiş olunub. Sonda YAP 27-ci ildönümü, partiya işinin gücləndirilməsi və təbliği yönündə gənclər arasında apardığı maarifləndirmə işinə görə filialın direktoru dosent Yusif Alıyevə və partiya daxilində fəal ictimai siyasi fəaliyyətinə görə bir qrup fəal gənclərə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
     Tədbirdə həmçinin partiya sıralarına yeni daxil olan gənclərə partiya biletləri də verilib.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?