ADPU-nun Quba filialında yeni Arxiv otağı istifadəyə verilib

10.06.2023
ADPU-nun Quba filialında yeni Arxiv otağı istifadəyə verilib

Filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Arxivində filialın 30 illik tarixinə dair materiallar saxlanılır. Yeni Arxiv otağında bütün sənədlər həm elektronlaşdırılır, həm də Arxivə təhvil verilən sənədlərin kompleksləşdirilməsi, əlifba sırası, xronoloji və sistematik kataloqların tərtib edilməsi, lazımi yazıların qeydiyyatı götürülməsi və kartotekaya daxil edilməsi, fondun inventarizasiyası aparılır. Direktor həm də qeyd edib ki, bu sahədə çalışan əməkdaşlarımız əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanda arxiv işinin yeni çağırışlara uyğun inkişafı və uğurlu gələcəyi üçün hər zaman olduğu kimi, bu gün də yüksək əzmkarlıq, şərəf və məsuliyyətlə xidmət edirlər və edəcəklər.

Daha sonra Filialın Arxiv müdiri Aynurə Fidayeva da yaradılan şəraitə görə direktor dosent Yusif Alıyevə təşəkkür edib, arxivdə işin daha səmərəli təşkili məqsədilə bundan sonra da məsuliyyətlə yanaşacağını və Azərbaycan Respublikası Dövlət Arxivinin Quba rayon filialı ilə də əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?