ADPU-nun Quba filialında nümunəvi açıq dərs keçirilib

06.11.2023
ADPU-nun Quba filialında nümunəvi açıq dərs keçirilib

Açıq dərsdə Filialın direktoru dosent Yusif Alıyev, KTŞ müdiri Pərvanə Rzayeva, Ədəbiyyat və dillər kafedrasının müəllimləri E.Babayeva, N.Allahverdiyeva iştirak edib.

” M.Ə.Sabirin həyatı sosial münasibətin estetik səciyyəsi” mövzusunda açıq dərsi AZD 2101B və AZD 2102B qruplarında dosent Gülşən Ağabəy keçib.

Dərsdən sonra əlaqəli təhlil aparılıb, iştirak edən əməkdaşlar öz fikirlərini bildirib.

Qeyd edək ki, müasir innovativ təlim metodları ilə keçirilən mühazirədə hürriyyətçi, türkçü və şair M.Ə.Sabirin həyatı və yaradıcılığı haqqında müxtəlif məqamlara toxunulub, sonda tələbələrin sualları cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?