ADPU-nun Quba Filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

25.02.2019
ADPU-nun Quba Filialında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində  ADPU-nun Quba Filialının direktoru, professor Əli Allahverdiyev, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov müəllim və tələbələr iştirak ediblər. 
Tədbirdə ilk olaraq Xocalıda həlak olmuş soydaşlarımızın və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Anım mərasimində çıxış edən filialın direktoru, professor Əli Allahverdiyev, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva,Tələbə Gənclər Təşkilatının (TGT) fəal üzvü, filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Ayşən Hüseynova Xocalı faciəsinin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciələrdən biri olduğunu vurğulayıblar.

Sonda  Xocalı faciəsi ilə bağlı videoçarx təqdim edilib.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?