ADPU-nun Quba filialında tanınmış alim, sevilən şairə, professor Mahirə Nağıqızı ilə görüş keçirilib

ADPU-nun Quba filialında tanınmış alim, sevilən şairə, professor Mahirə Nağıqızı ilə görüş keçirilib

Martın 6-da ADPU-nun Quba filialında “ZOOM” platforması üzərindən çağdaş Azərbaycan poeziyasının sevilən şairəsi,  tanınmış alim, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  ADPU-nun Filologiya fakültəsinin dekanı Mahirə xanım Nağıqızına həsr edilən “ÖZÜMÜ BİLƏNDƏN QƏDRİNİ BİLDİM” adlı tədbir keçirilib.
Tədbirdə ADPU-nun Filologiya fakültəsinin professor, müəllim və əməkdaşları, ADPU-nun Quba filialının müəllim və tələbə kollektivi iştirak edib. Əvvəlcə tədbiri filialın direktoru dosent Yusif Alıyev açıq elan edib, Azərbaycan Yazıçılar Birliyinin üzvü hörmətli Mahirə xanıma dəyərli vaxtından ayırıb təklifi qəbul etdiyinə görə üçün təşəkkür edib. Bildirib ki, söz ustadının qarşısında bütün sözlər acizdir. Çünki Mahirə xanımın sözə dəyəri soykökündən, anasından, dayısı Həsən Mirzədən gəlir, bu səbəbdən də sevilən şairəmizi təəccübləndirmək müşkül məsələdir. Biz filial kollektivi olaraq sadəcə, hörmət və etimadımı nümayiş etdirə bilərik.
Tədbirin təşkilatçılığına görə dosent Yusif Alıyevə təşəkkürünü bildirən professor Mahirə Nağıqızı qeyd edib ki, gənclərin inkişafında əməyimizin olması bizləri sevindirir, bizlər Həsən Mirzəyev kimi dəyərli alimlərimizdən öyrəndiklərimizi gənc nəslə ötürməliyik, həmçinin Mahirə xanım onu da bildirib ki, bu gün onun alim, şairə və insanların çətin və xoş günündə  hər zaman yanlarında olan bir şəxsiyyət kimi yetişməsinin səbəbi Anası Nazlı xanımdır. Bu səbəbdən də əsərlərinin çox hissəsində ana məhəbbəti, ana zəhməti ön plandadır.
Daha sonra filialın təlim-tərbiyə üzrə direktor müavini Aysel Şeydayeva çıxış edərək bildirib ki, tanınmış alim, şeirləri dillər əzbəri olan şairə, professor Mahirə Nağıqızının burada, bu tədbirdə iştirakı gənclər üçün böyük qürurdur: “Müasir dövrün yazarlarını, söz ustadlarını tanımaq biz,  gələcəyin müəllimləri üçün təcrübədir, etimaddır. Mən 44 günlük Vətən müharibəsi dövründə sizin səhifənizi izlədikcə ürəyinizin Vətənlə, Şəhid anaları ilə necə döyündüyünün şahidi oldum, qürur duydum.
Kim idi bardan danışdı?
Dedi, bar ağacın gözəl…
Yarpaq-yarpaq umud verər,
Dünya, hər ağacın gözəl!

Göy yollayar, yer yetirər,
Qisməti bir-bir yetirər.
Göylər ağacmı bitirər?
Burda var, ağacın gözəl…”
Sonra filialın “Azərbaycan dili ədəbiyyat müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Nurtac Eldarın hazırladığı, Mahirə Nağıqızının həyat və fəaliyyətini özündə əks etdirən videoçarx təqdim edilib.
Tədbirdə həmçinin
Daha sonra filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü və filial Elmi Şurasının qərarı ilə Mahirə xanım “Çağdaş Azərbaycan poeziyasının inkişafında xidmətlərinə və vətənpərvərlik hissinin təbliğinə görə” Fəxri Fərmanla təltif edilib. Tədbirdə həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tələbələrin Mahirə Nağıqızının rəsmlərindən ibarət kolleksiyası hədiyyə kimi təqdim edilib.
Daha sonra tədbirdə ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, həmin kafedranın baş müəllimləri Rahib Sədullayev, Eyvaz Şeydayev çıxış edərək professor Mahirə Nağıqızının elmi və bədii yaradıcılığını hərtərəfli təhlil etmiş, şeir və bayatılarını səsləndirmiş, tədbirin böyük vətənpərvərlik və qarşılıqlı əməkdaşlıq üçün əhımiyyətini diqqətə çatdırmışlar.
Dosent Gülşən Ağabəy
“Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq  dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi şeirinizdən bir nümunə ilə qeyd etmək istəyirəm ki, sizin şeirlərin tək ünvanı Sevgidir. Vətənə, Anaya, Şəhidlərə, insanlara olan sevgi…” dosent Gülşən Ağabəy həm də bildirib ki, belə tədbirlərin keçirilməsi tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox önəmlidir, gənclər müasir dövrümüzün qadın şairlərini, söz ustadlarını tanımalıdırlar.
Baş müəllim Rahib Sədullayev də Mahirə Nağıqızının əsərlərindəki insani duyğuların mükəmməl təsvirini diqqətə çatdırıb, kitablarında anaya məhəbbət hisslərinin tərənnümünün bütün Azərbaycan xanımları üçün dəyər olduğunu vurğulayıb.
Baş müəllim Eyvaz Şeydayev də Mahirə xanımın öz səsi ilə şeirlərinin səsləndirilməsinin çox fərqli və təqdirəlayiq  bir yanaşma olduğunu bildirib, qeyd edib ki, tələbələr həm də Mahirə xanım irsini tədqiq etməlidirlır.
Tədbirdə həmçinin tələbələr Səma Asəfova, Rəşidə Həsənova, Cavahir Qocayevanın ifasında səsləndirdikləri şeirlər (Qalım, Görünür, Nazlı, sən, Əllərin, Şəhidlər şeirləri) xüsusi maraq və coşğu ilə qarşılanıb.
Tədbirdə həmçinin dosent Həcər Hüseynova, dosent Nazilə Abdullazadə, dosent Könül Səmədova, dosent İradə Kərimova, dosent Ülviyyə Hacıyeva da çıxış edib, hörmətli Mahirə xanıma öz sevgi və etimadlarını dilə gətirib, tədbirdən zövq aldıqlarını vurğulayıblar.
Tədbir müddətində filialın TGT sədri Səyyad Nəcəfovun  təşkilatçılığı ilə, filialın ART klub sədr müavini Hicran Seyidova, Zabitə Arzumanova tərəfindən hazırlanan videoçarxlar təqdim edilib, sevilən xanım şairəmizə müxtəlif suallar ünvanlanıb.
Tədbir Nicat Piriyevin (TGT sədr müavini) tarda “Qarabağ şikəstəsi” ifası ilə sona çatıb.

https://www.tarihistan.org/adpu-nun-quba-filialinda-unlu-bilim-insani-sair-mahire-nagikizi-ile-gorus-kecirilip/22815/

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?