Türkiyənin Yozqat Bozok Universitetinin Təhsil Fakültəsinin dekanı, Prof. Dr. Nezahat Güçlünün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüşü olub.
Görüş “Təhsil sistemləri və layihələrin idarə edilməsi” dərsi çərçivəsində “Təhsil sistemlərində idarəedicinin və müəllimin rolu” mövzusunun müzakirəsinə həsr edilib.
Qeyd edək ki, Fənn müəllimi Şəhla Aslan İbişova vaxtaşırı seminar mövzularına uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssislərin tələbələrlə görüşünü təşkil edir.
Bu dəfəki görüşdə də, Azərbaycan- Türkiyə dostluq münasibətləri, təhsil əlaqələrindən bəhs edilmiş, daha sonra dərsin qonağı Prof. Dr. Nezahat Güçlü ona ünvanlanan sualları cavablandırmışdır.
Dərsdə təhsil müəsisələrində idarəçilik, liderlik, müasir təhsil sistemlərində müəllimə verilən tələblər və s. mövzularına dair elmi yanaşmalardan bəhs edilmişdir.
Onlayn keçən dərsdə tələbələr xüsusi fəallıq nümayiş etdirmişlər.
Sonda Şəhla Aslan İbişova dəvəti qəbul etdiyi üçün Prof. Dr. Nezahat Güçlüyə, yaradılan imkana görə filial rəhbərliyinə təşəkkür edib. https://manera.az/index.php?newsid=15076&fbclid=IwAR3YpQMmtz6yEpZONkS4v2IJjbBVhSCP07tSEwoQR1yncTZiO4rNyunYF-I