“Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” mövzusunda elmi-praktik konfrans baş tutub. Tədbirdə ADPU-nun Quba filialının professor-müəllim heyəti, tələbələri, Quba regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri olmaqla ümumi 200 nəfərə yaxın auditoriya iştirak edirdi.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Filialın akt zalında baş tutan tədbirdə daha sonra tədbir iştirakçılarını salamlayan Quba regional “ASAN xidmət” mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili Sektorunun nəzarətçisi, mərkəzin könüllülərlə iş üzrə məsul şəxsi Ülvi Məmmədov Ulu Öndər “Heydər Əliyev İli”nə həsr olunmuş elmi-praktik konfransın əhəmiyyətini vurğuladı və konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev tədbir iştirakçılarını salamlayaraq, müstəqil Azərbaycanın qurucusu Ümumilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də gördüyü mühüm işlərin bu gün uğurla davam etdirilməsindən danışdı.

Sonra məruzəçi Ülvi Məmmədov “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” mövzusunda çıxış edərək qeyd etdi ki, Heydər Əliyev etnik milliyyətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multkulturalizmin əsas bazası olan Azərbaycançılıq prinsipini milli idealogiya kimi irəli sürürdü.

Elmi-praktik konfransın davamında ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu” mövzusunda, filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Aygün Şıxbabayeva “Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda, filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin əməkdaşı Nəhayət Şirinova “Heydər Əliyev Azərbaycan qadınları haqqında” mövzusunda, Quba regional “ASAN xidmət” mərkəzinin “Hüquqşünaslıq” istiqaməti üzrə Master 2 könüllüsü Ayşə Səfərəliyeva “Müasir Azərbaycanda multikultural cəmiyyət” mövzusunda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov “Azərbaycanda multikulturalizm və dini müxtəliflik” mövzusunda çıxışlar edərək, hər biri Ulu öndər Heydər Əliyevin dəyərli fikirlərindən bəhs etdilər.

Konfransın yekununda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?