ADPU-nun Quba filialında tədris edilən fənlərdə ulu öndər Heydər Əliyev haqqında mövzulara geniş yer verilir

28.12.2022
ADPU-nun Quba filialında tədris edilən fənlərdə ulu öndər Heydər Əliyev haqqında mövzulara geniş yer verilir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar və sosial elmlər fakültəsinin Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova “Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı ” fənninin 2022 -2023 cü tədris ilinin birinci semestrinin son dərsini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Quba Heydər Əliyev Mərkəzində keçirib.
Dərs filialın İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbələri ilə keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiya bölmələri haqqında tələbələrə geniş məlumat verilib.
Sonra Azərbaycan təhsilinin ahəngdar inkişafının böyük himayədarı, təhsilin qayğıkeşi olan Heydər Əliyevin “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyev – azərbaycançılıq ideologiyası” mövzularında açıq dərs keçirilib. Dərsdə mövzu ilə bağlı slaydlar və videoçarxlar nümayiş etdirilib. Gələcəyin müəllimləri olan tələbələrin dövlətçiliyimizə, Heydər Əliyev irsinə, onun təhsilin inkişafındakı xidmətlərinə olan böyük maraq və məhəbbətləri xüsusi hiss edilib. Dərs filialın Heydər Əliyev lektoriyasında davam etdirilib.
Qeyd edək ki, filialda Ulu Öndərin həyat və fəaliyyətinin gənc nəslə çatdırılması filial rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə”Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı ” fənninin tədrisi zamanı ulu öndər Heydər Əliyevin irsi tələbələrə Elza Orucova tərəfindən layiqincə öyrədilir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?