ADPU-nun Quba Filialında tədbir keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında son dövrlərdə ölkəmizdə iqtisadi və sosial məsələlərlə bağlı tədbir keşirilib.

Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında son dövrlərdə ölkəmizdə iqtisadi və sosial məsələlərlə bağlı görülmüş işlərlə əlaqədar 25 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş müşavirəyə həsr olunan tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev iştirak edib.

Tədbirdə çıxış edənlər Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, filialın direktoru, professor Əli Allahverdiyev, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, filialın Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Güləddin Həmzəyev son illər ölkədə aparılan islahatlar, görülən işlər haqqında haqqında ətraflı məlumat verib, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin öz nəticələrini göstərdiyini, bu siyasət nəticəsində Azərbaycan vətəndaşının rifah halının yüksəldiyini xüsusi vurğulayıblar.

  • Mənbə: ADPU Quba filialı
  • Bazar ertəsi, 4 Mart 2019
  • Müəllif: Yusif Abayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir