ADPU-nun Quba filialında sənəd qəbulu başlamışdır

05.09.2022
ADPU-nun Quba filialında  sənəd qəbulu başlamışdır
2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən ADPU-nun Quba filialına qəbul olmuş abituriyentlərin https://portal.edu.az/ saytı üzərindən elektron qeydiyyatının aparılması üçün dosent Yusif Alıyev tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyası öz işinə başlamışdır.
Ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin sənəd qəbulu prosesinə 02 sentyabr 2022-ci il tarixdən start verilib. Prosesin 12 Sentyabr 2022-ci il tarixdə saat 23:59-da yekunlaşması gözlənilir.
2022/2023-cü tədris ilində filiala bakalavriat səviyyəsi üzrə 320 nəfər tələbə qəbulu planlaşdırılıb. I turda 305 nəfər qəbul olunub. Qəbul planı 95, 31 % yerinə yetirilib.
02 sentyabr 2022-ci il tarixdən etibarən boş qalan plan yerlərinə II tur üzrə ixtisas seçimi elan edilib. II tur üzrə ixtisas seçimi 07 Sentyabr 2022-ci il tarixədək davam edəcək.
Tələbə adını qazanmış abituriyentlər portal.edu.az saytında qeydiyyatdan keçməli və lazım olan sənədləri portala yükləməlidir.
Sənədlərin portala yükləməsinə köməklik etmək üçün Univeristetdə Sənəd Qəbulu Komissiyası yaradılmış və lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşdur. Tələbələrimizin qeydiyyatdan keçməsi üçün mümkün olan bütün şərait yaradılmış, valideynlər üçün gözləmə zalı da hazırlanmışdır.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?