ADPU-nun Quba filialında “Qarabağ Azərbaycandır!” adlı onlayn tədbir keçirilib

Fevralın 17-də ADPU-nun Quba filialında filialın TGT, Tədbirlərin təşkili departamentinin təşkilatçılığı ilə ZOOM platforması üzərindən “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.Tədbirdə filialın direktoru dosent Yusif Alıyev də iştirak edib.
Tədbirdə çıxış edən filialın direktoru bildirib ki, gənclərin vətənə sevgi, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə almaları, hər zaman filial rəhbəri kimi onun diqqət mərkəzində olub. Bu gün gənclərin belə fəallığını görmək qürurvericidir.
Tədbirdə filialın fəal tələbələri Tədbirlərin təşkili departamentinin sədri Aytac Səlimovanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın dilindən vətən, xalq, torpaq sevgisini canlandırıb, vətənpərvərliyə aid şeirlər səsləndirib, videoçarxlar nümayiş etdirmişlər:
Polad Həşimov – Rəşad Abdullayev
Dövlətzadə Cəbrayıl – Sərxan Əliyev
Mübariz İbrahimov-Seymur Babayev
Arəstə Baxışova-Aygun Hacibayova
Səmayə Həşimova – Səfurə Babayeva
Zərər çəkmiş uşaqlar – Leyla Məmmədova
Müharibə – Rəşidə Hənzadə
Sülh-Nərgiz Həziyeva
Dünya-Natəvan Kazimzadə
Əməyi keçən hər kəsə, filialın TGT sədri və sədr müavinlərinə, həmçinin fəal gənclərə təşəkkür edirik.
Allah Şəhidlərimizə rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir