Fevralın 17-də ADPU-nun Quba filialında son tədris ili tələbələrinin pedaqoji təcrübəyə buraxılmaları səbəbi ilə başlanğıc konfransı keçirilib
Fevralın 17-də ADPU-nun Quba filialının akt zalında filialın “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix coğrafiya müəllimliyi”, “Məktəbəqədər təlim tərbiyə”, “Təhsildə sosial psixoloji xidmət” :Riyaziyyat və informatika müəllimliyi”ixtisaslarının son tədris ili tələbələrinin pedaqoji təcrübəyə buraxılmaları səbəbi ilə başlanğıc konfransı keçirilib.Konfransı giriş nitqi ilə açıq elan edən filialın direktoru dosent Yusif Alıyev tələbələrə filialda təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri məlumatların pedaqoji təcrübədə tətbiq etmələrinin əhəmiyyətini vurğulayıb, onlara pedaqoji təcrübə müddətində müəllim adına yaraşacaq etik davranış və geyim nümayiş etdirməyi, filialın adını uca tutmağı, gələcəyin layiqli təhsil işçisi kimi davranmağl tövsiyyə edib.Pedaqoji təcrübə dövründə də Azərbaycan təhsilinin inkişafı üçün addım atmağı, şagirdlərə fərdi, şəxsiyyət kimi yanaşmağa çağırıb, onların bu 14 həftə müddətində də filial rəhbərliyinin tam nəzarətində olacağını və bu məqsədlə komissiya yaradıldığını, komissiyaya rəhbərliyi filialın İnsan resursları və ümumi şöbəsinin müdiri Sahilə Ağasıyeva həvalə olunduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, kafedralar üzrə pedaqoji təcrübə rəhbərləri dosent Güləddin Həmzəyev, Mələk Bağırova, Pərvanə Rzayeva çıxış edərək filial üzrə pedaqoji təcrübənin Quba şəhərində yerləşən 1, 2 4 saylı orta məktəblərdə, həmçinin 1 və 2 saylı məktəbəqədər təhsil müəssisəsində, 2 psixoloji mərkəzdə təşkili və keçirilməsi, pedaqoji ustalığın öyrədilməsi yolları və pedaqoji sənədlərin tərtibi haqqında, pedaqoji təcrübə zamanı şagirdlərin psixoloji bilik və bacarıqlarının üzə çıxarılması, psixoloji xarakteristikanın tərtibi ilə bağlı slaydlar ətrafında çıxış etdilər.
Sonda təcrübəçi tələbələri maraqlandıran suallar cavablandırıldı və təhkim olunduqları məktəblərlə tanışlıq oldu.
- Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev