ADPU-nun Quba filialında payız imtahan sessiyasının başlanılması ilə əlaqədar filialın direktor professor və müəllim heyəti ilə görüş keçirib

ADPU-nun Quba filialında payız imtahan sessiyasının başlanılması ilə əlaqədar filialın direktor professor və müəllim heyəti ilə görüş keçirib

Yanvarın 8-də onlayn şəkildə baş tutan görüş zamanı filialın direktoru dosent Yusif Alıyev filialın professor və müəllim heyətini salamlayıb, onlara qarşıdan gələn çətin və məsuliyyətli imtahan prosesində uğurlar arzu edib. Vurğulayıb ki, artıq filialda bütün tədris, təlim tərbiyə prosesində olduğu kimi, imtahan prosesinin də obyektivliyi və sistemliliyi nəzarət altındadır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün artıq filialda yetəri qədər təcrübəli kadrlar vardır. Filialın İmtahan qərargahının əməkdaşları da öz işini düzgün formada qura bildiyindən qarşıdan gələn imtahan prosesi də məsuliyyət və uğurlu nəticələrlə yadda qalacaqdır. Dosent Yusif Alıyev həmçinin bildirib ki, tək məqsədimiz, fəaliyyətimiz filialın inkişafı naminə ümumi maraqlara xidmət edir. Sevindirici haldır ki, tələbələrimiz də çox istedadlı və öyrənməyə meyillidirlər. Bütün bunlar isə müəllimlərimizdən dərs prosesində daha yaradıcı olmasını tələb edir. Tələbələrlə keçirilən görüşlərdə, həmçinin onlayn dərslərdə monitorinq məqsədi ilə iştirakımız zamanı bizlərə məlum oldu ki, yetəri qədər savadlı və işinə məsuliyyətli həmkarlarımız vardır. Buna görə də əminəm ki, qarşıdan gələn bu qış imtahan prosesini də birlikdə obyektiv və uğurlu şəkildə başa vura biləcəyik.
Daha sonra görüş sual-cavab formatında davam etdirilmiş və filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, dekan müavini Nübar Bayramova, İmtahan qərargahının sədri Sahilə Ağasıyeva, baş müəllimlər Nurbala Süleymanov, Rahib Sədullayev,  Eyvaz Şeydayev, Əmirağa Şıxəmmədov, Elbrus Əhmədov, Aynur Fərmanova, Ayaz Məmmədov və digərləri fikirlərini ifadə etmişlər.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?