ADPU-nun Quba filialında dahi Səməd Vurğunun 115 illik yubileyinə həsr edilən şeir müsabiqəsinə yekun vurulub.
Müsabiqə filialın Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı, TGT daxilində fəaliyyət göstərən XƏMSƏ Kitab Klubunun xətti ilə “Zəfər günlərimin şahidi bayraq” adı ilə keçirilib.
Filialın Kitabxana müdiri Samirə Hacıyeva, filialın HİK sədri Mürvət Əliyev, THİK sədri Aygün Şıxbabayeva, TGT sədri Səyyad Nəcəfov da bu lahiyədə tələbələrə dəstək olub.
Şeirin mövzusu iştirakçıların öz seçimindən asılı olaraq dəyişib.
Seçilmiş şeirlər yalnız filialın tələbələrinə və əməkdaşlarının yaradıcılığına aid olub.
Müsabiqə adpu_quba_tgt_ rəsmi “İnstagram” səhifəsində keçirilib.
Müsabiqənin qaliblərinə ADPU-nun Quba filialının rəhbərliyi tərəfindən Diplomlar təqdim olunub. Qalibləri filialın direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından təbrik edirik.