ADPU-nun Quba filialında “ÖZ ŞÖLƏNİ KƏŞF ET” adlı müsabiqəyə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının,  filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK),   filialın Həmkarlar İttifaqı Komitəsinin,  Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə  Musiqi alətlərində ifa və mahnı oxumaq  üzrə müsabiqə təşkil olunacaqdır.
Müsabiqə 08.03.2021  tarixindən (saat 10:00-dan) adpu.thik.quba və  adpu.quba.edu.az  filialın rəsmi “İnstagram” səhifələrində  başlayacaq, 10.03.2021 (saat 22:00a kimi) tarixində yekunlaşacaqdır. 2 gün davam edəcək müsabiqənin qalibləri səs çoxluğunun toplanması ilə və bundan əlavə, əvvəlcədən təyin edilmiş münsiflər heyəti əsasında seçiləcəkdir.
Münsiflər heyətinin tərkibi:
1.İdrisov Qələmşah Seyidəhməd oğlu
2.Şıxbabayeva Aygün Şıxbaba qızı
3.Əliyev Mürvət Cavid oğlu
4.Nəcəfov Səyyad Məzahir oğlu (ADPU Quba)
5.Əlimərdanova Aytəkin Azər qızı (UNEC Zaqatala)
6.Xanaliyeva  Günay Əmir qızı (ADPU Şamaxı )
7. Bağılı Ayşən Mahir qızı (ADPU Quba)
Müsabiqədə iştirak etmək üçün  iştirakçı ilk növbədə qeydiyyatdan keçməli, qeydiyyatdan keçdikdən sonra isə 8 mart  2021 -ci il tarixinə kimi ifasını  videoçarx şəklində filialın THİK sədr müavini Nuriyeva Nuriyyə xanıma  göndərməlidir. Göndərilən videolar 8 mart saat 8:00-dan  10:00a kimi hər iki rəsmi səhifədə paylaşılacaqdır.
Müsabiqənin seçilmiş iştirakçıları 12 mart 2021-ci il tarixində “ZOOM” platforması üzərində ADPU-nun Quba filialında keçiriləcək  tədbirdə də iştirak edəcək, diploma layiq görüləcəklər.
Qeydiyyat üçün Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Nuriyeva Nuriyyə xanımla əlaqə saxlayın.
Qeydiyyat üçün əlaqə: 0709088180

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir