ADPU-nun Quba filialında növbəti nümunəvi açıq dərs keçirilib

Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat və informatika kafedrasının baş müəllimi r.f.d Elnarə Axundovanın “İbtidai siniflərdə hissə və kəsr anlayışları ilə tanışlıq” mövzusunda nümunəvi açıq dərsi keçirilib.Dərs filialın Humanitar və sosial elmlər fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili 1901B-1902B qrupunda keçirilib.
Dərsi müasir təlim metodları ilə quran r.f.d E.Axundova təqdimat əsasında qeyd edib ki, ibtidai siniflərdə hələ riyaziyyat təliminin ilk mərhələlərindən başlayaraq müxtəlif vasitələrdən istifadə edərək ardıcıl tapşırıqlar veririk ki, şagirdlərdə riyazi vərdişlər yaransın, riyaziyyat elmlərin şahıdır, riyaziyyat sevgisini gizlətmək olmur.Daha sonra E.Axundova filialın Pandemiya dövrü layihəsi olan Telemühazirələr verilişindən bir nüansı tələbələrin diqqətinə çatdırıb, sonra isə mövzu ilə əlaqədar yeni məlumatları əldə etmək üçün tələbələrlə birlikdə mühazirə ətrafında müzakirəyə başlayıb, vurğulayıb ki, kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, “kəsr” sözü “sınıq xətt” sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan “sınıq” termini Əl-Xarəzminin “Hesab” kitabından götürülmüşdür. Bu termin “kəsr” sözü əvəzində işlədilirdi və “qırmaq”, “sındırmaq”, “parçalamaq” və s. mənaları verən ərəbcə “kəsərə” sözündən alınmışdır. Azərbaycan dilində isə “kəsr” sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur.Daha sonra əyani nümunələr əsasında hissə və kəsr anlayışının tədrisi metodikasını tələbələrə izah edib, tələbələrin dərs müddətində xüsusi fəallığı hiss edilib.
Açıq dərsdə hər iki fakültənin əməkdaşları, Riyaziyyat və informatika kafedrasının laborantı Vəfa Bayramova, həmin kafedranın müəllimləri Səlimə Müzəffərova, Günay Qədirova, Hikmət Musayev iştirak edib.