ADPU-nun Quba filialının kollektivi Qusar rayonunun Xürəl kəndindən olan Şəhid Şıxəliyev Ənvər Vadimoviçin anım günündə iştirak edib

02.11.2022
ADPU-nun Quba filialının kollektivi Qusar rayonunun Xürəl kəndindən olan Şəhid Şıxəliyev Ənvər Vadimoviçin anım günündə iştirak edib
31 oktyabr tarixində ll Qarabağ müharibəsi şəhidi Abbasov Bəşir Nizami oğlunun atası Nizami Abbasov filialımızın qonağı olmuşdur. Nizami Abbasov filialın direktoru dosent Yusif Alıyevə şəhid valideyinlərinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib və şəhidimizin uşaqlıq illərindən, vətənpərvərliyindən qürurla danışıb, qeyd edib ki, döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Direktor dosent Yusif Alıyev də öz növbəsində filial rəhbərliyi və kollektivi tərəfindən şəhid ailələrinə, qazilərə, ümumilikdə Vətən müharibəsi iştirakçılarına daim qayğı göstərildiyini bildirdi. Vətən müharibəsi şəhidlərindən Nuran Mirzəyevin, Miqdad Abduləlimov adına hazırlanan auditoriyalar, şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikovanın, Vətən Müharibəsi iştirakçısı İsmət Əhmədovun filialda son 1 ildə işlə təmin olunması, şəhid ailələrinə mütəmadi ziyarətlərin olması bunlara bariz nümunədir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?