ADPU-nun Quba filialında imtahanqabağı durum müzakirə olunub

ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev fakültə dekanları, tyutorlar və qrup nümayəndələri ilə görüşüb.
Görüş zamanı filialın direktoru f.e.d. Yusif Alıyev filialda təlim-tərbiyə prosesinə və tədrisin gedişinə dair fikirlərini, irad və təkliflərini bildirib. Sonra imtahan prosesinə hazırlıqla əlaqədar tədrisin vəziyyəti barədə məlumatları müzakirə edərək, qeyd edib ki, 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının qüvvədə olan normativ sənədlər və mövcud qaydalar əsasında təşkil olunmasının təmin edilməsi məqsədilə filialda operativ imtahan qərargahı yaradılacaq. İndidən bu işlərlə bağlı daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasının təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Bir sözlə imtahan sessiyası zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində də bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdlrdı.
Görüş zamanı həm də filialda KTŞ tərəfindən aparılan sorğuların vaxtında cavablandırılması istiqamətində də məsuliyyətin artırılması üçün tapşırıqlar verilib.
Sonda filialın direktoru fakültə dekanlarının, tyutorların və tələbələrin təkliflərini dinləyib, suallarını cavablandırıb.