ADPU-nun Quba filialında Yekun Dövlət Attestasiya imtahanları yekunlaşıb

12.07.2023
ADPU-nun Quba filialında Yekun Dövlət Attestasiya imtahanları yekunlaşıb

23.06.2023-cü il tarixində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, 24.06.2023-cü il “İbtidai sinif müəllimliyi”, 25.06.2023-cü il “Məktəbəqədər təlim və tərbiyə”, 03.07.2023-cü il “Riyaziyyat və informatika müəllimliyi,” 04.07.2023-cü il tarixində isə “Tarix və coğrafiya müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə Yekun Dövlət Attestasiya imtahanları keçirildi.

“Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə 42 nəfər, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 43 nəfər, “Məktəbəqədər təlim tərbiyə” ixtisası üzrə 19 nəfər, “Riyaziyyat və informatika” müəllimliyi ixtisası üzrə 28 nəfər, “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə 37 nəfər, “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə 25 nəfər buraxılış tələbələri üçün Yekun Dövlət Attestasiya İmtahanları keçirilib. İmtahanda cəmi 195 tələbə iştirak edib, onlardan 184 tələbə imtahandan müvəffəqiyyətlə keçib. Müəffəqiyyət göstəricisi “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə 100%, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 95%, “Məktəbəqədər təlim tərbiyə” ixtisası üzrə 100 %, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 93%, “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə 95%,”Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə isə 80%-dir.

İmtahanlar nəzərdə tutulmuş vaxtda başlamış və uğurla yekunlaşmışdır. Hər imtahandan əvvəl filialın direktoru dosf. fiz.e.d Yusif Alıyev tələbələrə uğurlar arzu edib, gələcək peşə fəaliyyətlərində uğurlar arzu edib.

Dövlət attestasiya komissiyasının üzvləri ADPU-nun Tədris Departamenti və filialın Tədris şöbəsi ilə razılaşdırmaqla Filialın elmi-pedaqoji heyətindən, müvafiq sahə üzrə nüfuzlu mütəxəssislərdən, eləcə də digər ali təhsil müəssisələrinin aparıcı professor-müəllim heyətindən təşkil edilib.

İmtahan komissiyasında sədrlər, AƏM ixtisası üzrə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov (üzvlər: dos.Gülşən Ağabəy, dos.f.ü.f.d.b.m Kərimova Lalə Adil, f.ü.f.d.b.m Teymurxanlı Vüqar İsmət, b.m Bağırova Mələk Tofiq), İBT ixtisası üzrə dosent p.ü.f.d Vahabova Tamilla Əhəd (f.ü.f.d.b.m İdrisov Qələmşah Seyidəhməd, r.ü.f.d.b.m Axundova Elnarə Buxsay, p.ü.f.d b.m Şeydayeva Aysel Balasoltan, b.m Daşdəmirov Xudyar Bəxtiyar, MTT ixtisası üzrə dosent p.ü.f.d Əliyev Həmzə Qəmbər(p.ü.f.d.Zeynalova Zərifə, b.m Mikayılova Yeganə Ramazan, Babayeva Ayşən Ramiz, Məmmədova Mehriban Çingiz, RİN ixtisası üzrə dosent t.ü.f.d Quliyev Arzu Məsim (r.ü.f.d b.m Süleymanov Nurbala Əzizağa, r.ü.f.d.b.m Şıxəmmədov Əmirağa Məmmədağa , Beydullayeva Fərizə Qarakişi, b.m Kərimova Vüsalə Həmzə), TCM ixtisası üzrə dosent t.ü.f.d Həsənov Hacı Nuru ( dos.g.ü.f.d Həmzəyev Güləddin Əmri, dos.t.ü.f.d Nəsirov Elnur Güləhməd, b.m Rzayeva Pərvanə Hacıbala, b.m Əhmədov Elbrus Həmid) olub.

Bütün məzun tələbələrimizə ADPU-Quba filialının professor müəllim heyəti və əməkdaşları adından gələcək peşə fəaliyyətlərində layiqincə mövqe tutmağı arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?