ADPU-nun Quba Filialında ADA Universitetinin təqdimatı keçirilib.

15.11.2019
ADPU-nun Quba Filialında ADA Universitetinin təqdimatı keçirilib.

Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU)Quba filialında ADA universitetinin təqdimatı keçirilib

       Təqdimat çərçivəsində keçirilən görüşdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, ADA universitetinin professoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sərvər Qurbanov, Tələbə Qəbulu və Qeydiyyatı Şöbəsinin mütəxəssisi Elşad Göyüşov, ADA universitetinin MADİA ixtisasi üzrə magistr məzunu Raisa Vəliyeva, filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova, DGTŞ-nın sədri Elbrus Əhmədov, filialın əməkdaşı Dəyanət Şirinova, filialın tələbələri iştirak edib.
     Görüşdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, filialımızın əsas məqsədlərindən biri də respublikanın digər universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsidir.Dosent Yusif Alıyev həm də vurğulayıb ki, filialın tələbələri respublikanın digər universitetlərində təhsil alan tələbələr kimi analitik düşüncəyə, məntiqi təfəkkürə malik gənclərdir. ADA universiteti kimi bizim də əsas məqsədimiz Azərbaycanın gələcəyi üçün savadlı kadrların, dövlətçiliyi dəstəkləyən şəxsiyyətlərin yetişdirilməsidir. Təqdimat çərçivəsində çıxış edənlər ADA universitetində olan təhsilin səviyyəsindən, tələbə və professor heyətindən, əldə etdikləri naiıiyyətlərdən, qarşıda duran layihələrin icrasından danışıblar.Daha sonra qarşılıqlı şəkildə layihələrin icrasından söhbət açılıb.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Cümə, 15 Noyabr 2019
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?